"Azərbaycan özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək" - Bahar Muradova
Tarix: 17-02-2016 | Saat: 16:52
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil".
Avropa.info xəbər verir ki, bu fikri Milli Məclisin sədr müavini Bahar Muradova parlametndə təşkil edilən“Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində” keçirilən ictimai müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, insanlığın bir qismi "Xocalı soyqırmı"nı günün hadisəsi kimi qəbul edir, bir qismi bunun yolverilməz olduğunu, əksəriyyəti isə görməməzlikdən gəlirdi:
“Ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır. Lakin nə etmək olar ki, hadisə baş verib. Keçən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimiaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb”.
B. Muradova əlavə edib ki, bu gün heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. “Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də, buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil”, - o qeyd edib.
Muradova onu da əlavə edib ki, Azərbaycan bu cür məslələrə beynəlxalq müstəvidə hüquqi qiymətinə nail olunması üçün milli qanunvericiliyində dəyişiklik etməliyik.
"Biz bundan sonra Xocalının beynəıxalq müsətvidə hüquqi qiymət alması üçün etnik təmizləmə faktını cinayət məcəlləsinə salınmalıdır. Xocalı soyqırmının dünyay çatdırılmasına eyni zamanda etnik təmizləmə məsələsini də gündəmə gətirməliyik", - deyə o bildirib.
Xəbəri paylaş
5728 dəfə oxunub.
Digər xəbərlər

20-09-2018, 10:35
Yeni yolda sürət həddi 120 oldu
25-05-2016, 18:25
İran: “Ər-Riyadın A, B, C, D planı var”
31-10-2015, 16:41
Prezidentin başına uyğun papaq tapa bilmədi, işdən qovuldu
10-06-2016, 19:43
ABŞ: “Bu məsələ Obama gedənəcən həll oluna bilər”
24-03-2016, 13:42
Bank tanınmış aparıcıya 10 min manat borc yazdı - İş məhkəmədə
14-12-2022, 11:32
"Qayınatam dedi ki, əxlaqsızlıq edir, arvadına sahib çıx" - Rayondan gəlib arvadını... - ŞOK DETALLAR
16-12-2016, 22:48
Sabah toyu olmalı idi: Astarada DƏHŞƏT
16-05-2016, 21:37
Cəbhədə 29 partlayış yeri yoxlanıldı
1-09-2017, 11:09
“Qarabağ”dan yenilik: Biletlər necə satılacaq?