Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bizdə rus, ingilis dilini bilməyənlərə “çuşka” deyirlər” - Ramin Musayev
Tarix: 05-05-2023 | Saat: 12:54
Bölmə:Karusel / Gündəm / İdman | çapa göndər


Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev müsahibə verib. Qol.az saytına danışan R.Musayev "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan söz açıb.

O, Qurbanovun komandasında yaratdığı nizam-intizam sisteminə, ona qarşı qısqanclıqların olmasına toxunub:

"Qurban müəllim nizam-intizam sistemini "Neftçi”də görmüşdü (gülür). O, futbolçulara ciddi nəzarət edir, düz edir. Ona görə də adı dünya ilə birdir, hələ daha da irəli gedəcək. Qurbanı çox qısqanırlar. Bilmirəm ki, niyə? Dəyər verənlər çoxdur, qısqananlar da çoxdur. İstədilər ki, Qurban Qurbanova bəzi böhtanlar yağdıralar, qarşısını alırdım. Bəlkə də elə buna görə də futboldan kənarda qalmışıq. Bir insana haqsızlıq edirlərsə, ədalətsiz danışırlarsa, sən də buna susursansa, deməli, sən də danışanların tayı olursan. Mən heç vaxt susmamışam. Haqqı deməlisən. Qurban Qurbanov bu gün Azərbaycan futbolu üçün bir tapıntıdır. Ona dayaq olmaq əvəzinə çox maneələr yaratdılar”.

PFL-in sabiq rəhbəri hakimlərin yanlış qərarlarına etiraz edən "Sabah”ın baş məşqçisi Murad Musayevin, "Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovun cəzalandırılmasında məqsədin onları susdurmaq olduğunu bildirib:

"Bəli, cəzalandırırlar. Yəni, səsini kəs. Haqqını tələb etsən, qırmızı vərəqə alacaqsan. Niyə? Çünki Hakimlər Komitəsinin sədri türkiyəli Barış Şimşekdir. Türklərə canım qurban olsun, biz də türkük. Amma türkiyəli hakim bizim futbolu, hakimləri hardan tanıyır? Bizim dövrdə hakimləri təlimlərə aparırdıq, Türkiyəyə gedirdik. Oradakı xarici komandalar deyirdilər ki, matçı azərbaycanlı hakimlər idarə etsələr, biz oynayacağıq. Bunlar faktdır, sübutdur. Çünki bizim hakimlər tələb edirdilər. Hakimlərimiz yoxlama oyununda belə çox ədalətli davranırdılar. Hər axşam oyunları müzakirə edirdik. Deyirdilər ki, Ramin Musayev hakimləri dincəlməyə apardı. Nə dincəlmək? Yanvar ayında Antalyada bərk yağış yağırdı. Hakimlər o yağışın altında səhər yeməyindən əvvəl məşq edirdilər, tərəziyə çıxırdılar. Çünki artıq yanvardan sonra çempionatımızın oyunları başlayırdı, mövsümün sonu gəlirdi.
Musayev Azərbaycan futbolunda əcnəbi məşqçilərə, idarəçilərə yer verilməsini də tənqid edib:

"Biz əcnəbilərə dəyər veririk, çünki belə bir anlayış var ki, bu adam ingilis, rus dillərini bilirsə, deməli, çox savadlıdır. Amma öz dilimizi bilənə dəyər verilmir. Bizdə rus və ingilis dillərini bilməyənə çox qəribə bir ad qoyublar – "çuşka”. Mənə bir şey maraqlıdır, bəs, öz ana dilini bilməyən kimdir? Belə şey olmaz. Gürcüstan futbolu dünyaya səs salıb. Görün, nə qədər legionerləri var. Gəlin, Gürcüstan Futbol Federasiyasına gedək, görək, orada rus dilində bir dənə də olsa, hərf tapa bilərsiniz? Rusca bir söz eşitsəniz, gəlin, mənim gözümü çıxarın. Amma bizdə elə deyil. Biz bacarana qiymət vermirik, dil bilənə dəyər veririk. Ona görə də futbol inkişaf etmir.

Avstriyalını Hakimlər Komitəsinin sədri təyin etdilər. O, bu neçə il ərzində bizə nə verdi? Bu gün mətbuatdan oxuyuruq ki, Əliyar Ağayev filan liqanın oyunlarına dəvət aldı. Əliyarı kim yetişdirib? Xaqani Məmmədov yetişdirib də. Bəs Ştuxlik kimdir, o nə etdi? Bir nəfər hakim göstərin ki, o yetişdirmiş olsun. Tək Əliyar deyildi, Əliyardan da başqa hakimlər yetişdirilmişdi. Hamısının qarşısını kəsdilər. Rəhim Həsənovun boyu da yüksək idi. Amma o, dil bilmirdi deyə işsiz qaldı. Dil bilmir, bilməsin. Əsas odur, öz sənətini bilir. Məgər dil bilmək o qədər vacibdir? Xeyr. Amma Rəhimə mane oldular”.


Xəbəri paylaş

7048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___