Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Azərbaycan Rusiya və Türkiyəyə təşəkkür etdi
Tarix: 04-04-2015 | Saat: 14:30
Bölmə:K, Gündəm, M2, Fotogalereya | çapa göndər

Azərbaycan Rusiya və Türkiyəyə təşəkkür etdi
“Qaynar xətt fəaliyyət göstərir”.

Bir qrup Azərbaycan Respublikası vətəndaşı Rusiya Federasiyası tərəfindən təmin edilmiş təyyarə vasitəsilə Yəməndən təxliyə edilib və bu dəstəyə görə Rusiya Federasiyasına təşəkkürümüzü ifadə edirik.

Rusiya Federasiyasının Yəməndəki diplomatik nümayəndəliyinin əməkdaşları və Rusiya Fövqəladə hallar Nazirliyinin şəxsi heyətinin rolunu xüsusilə qeyd etmək istərdik.

Xeberaz.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, növbəti qrup Azərbaycan vətəndaşlarının da Yəməndən təxliyəsi üçün Azərbaycanın Səudiyyə Ərəbistanındakı Səfirliyi Rusiya tərəfi ilə əlaqələndirməni davam etdirir.

“Texniki məsələlər və uçuş icazələri hazır olan kimi Türkiyə də ayrılacaq təyyarə vasitəsilə Azərbaycan vətəndaşlarının təxliyəsinə köməklik göstərməyə hazırlığını bildirmişdi. Buna görə Türkiyəyə də öz təşəkkürümüzü bildirmək istərdik.

Ümumiyyətlə, Yəməndə 20-yə yaxın Azərbaycan vətəndaşı vardır. Onların əksəriyyəti birgə nikahda olan şəxslərdir. 7 nəfər Azərbaycan vətəndaşı Yəməndə də akkreditasiya olunmuş Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanındakı səfirliyində konsulluq qeydiyyatından keçib”, - deyə, H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Xarici İşlər Nazirliyinin təlimatı əsasında Səudiyyə Ərəbistanındakı Səfirliyimiz Yəməndə olan bütün Azərbaycan vətəndaşlar ilə əlaqələndirməni davam etdirir.

“Yəməndəki hadisələr ilə əlaqədar 2015-ci ilin fevral ayından etibarən Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin internet səhifəsində qaynar xətt fəaliyyət göstərir”, - deyə, o, vurğulayıb.



1208 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___