Kredit borcuna görə babasının inəyini oğurlayan gənc - FOTO
Tarix: 29-10-2015 | Saat: 19:34
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Şəmkir sakini dostu ilə birlikdə babasına məxsus iribuynuzlu heyvanları oğurlayıb. 2 baş inəyi 200 manata satan gənclər əldə etdikləri pulla banka olan kredit borclarını ödəyiblər.
Kəpəz TV (Region TV) xəbər verir ki, Şəmkir rayon Şiştəpə kənd sakiniZərinə Hacıyeva polisə ərizə ilə müraciət edərək atasına məxsus hər birinin dəyəri 1000 manat olan iki inəyin tövlədən oğurlandığını bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri qısa müddətdə öz bəhrəsini verib. Polis oğurluğu törətməkdə şübhəli bilinən Əvəz Mahmudov və dostu Səfər Nağıyevi saxlayıb. Əvəz Mahmudov zərərçəkən Oruc Hüseynovun nəvəsidir.
Taleh Şamilov, müstəntiq: "Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, oğurluq törədən 1989-cu il təvəllüdlü Şiştəpə kəndində yaşayan Nağıyev Səfər Novruz oğlu və 1993- cü il təvəllüdlü həmin kənd sakini Mahmudov Əvəz Azad oğlu olub".
Gənclər oğurladıqları mal-qaranı Zəyəm qəsəbəsi ərazisindəki bazara gətirərək orada 200 manata satıblar. Əldə etdikləri pulu isə dədə malı kimi öz aralarında bölərək banka olan kredit borclarını ödəyiblər.
Səfər Nağıyev, saxlanılan şəxs: "Mərkəzdə birlikdə çay içdik. Sonra isə qərara gəldik ki, Əvəzin babası Oruc kişinin tövləsindən oğurluq edək. Gedib heyvanları oğurladıq. Sonra isə 200 manata satıb aramızda böldük. 40 manatını kreditə verdim. Yerdə qalanını isə xərclədim".
Babasının evindən oğurluq edən Əvəz Mahmudov əməlinə görə, peşman olduğunu bildirib. Saxlanılan şəxs onu oğurluğa dostunun vadar etdiyini deyib.
Əvəz Mahmudov, saxlanılan şəxs: "Babamın evi idi. Səfərlə getdik tövlədən açıb çıxardıq. Sonra isə Zəyəm bazarında satdıq".
Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. İstintaq aparılır. Polis zərərçəkənlərin sayının artacağını istisna etmir.
Xəbəri paylaş
6158 dəfə oxunub.
Digər xəbərlər

25-06-2022, 12:55
Nadir Qafarzadədən xəyanət ETİRAFI: "Eləmişəm, cavanlıqda olub, həyat yoldaşım da bilib" - VİDEO
9-05-2018, 13:26
Cəlilabad sakininin evindən 4,6 kq heroin aşkarlandı
7-01-2019, 11:30
Tükiyədə qız “yox” cavabı aldığı oğlanı güllələdi
20-10-2015, 22:41
Bakıda səfirlik avtomobili ağır qəzaya düşüb: 5 yaralı
11-10-2017, 18:03
Bayraqla gerbi təhqir edənlərə yeni cəza tətbiq olunacaq
1-12-2019, 19:09
İdmançıları aparan mikroavtobus aşdı - ölən və yaralılar var
15-07-2016, 16:52
Bakıda küçəyə atılmış qız uşağı tapıldı
15-05-2015, 17:05
Bakıya 4 erməni klassik güləşçisi gələcək
25-09-2016, 17:09
Ərdoğan Mosula hücumun tarixini açıqladı
8-01-2016, 14:01
"Allahu Əkbər" deyib oğlanları zorlayan "mömin"lər- FOTO