Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda səfirlik avtomobili ağır qəzaya düşüb: 5 yaralı
Tarix: 20-10-2015 | Saat: 22:41
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda səfirlik avtomobili ağır qəzaya düşüb: 5 yaralı


Qəzaya avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi səbəb olub

Bakıda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Nəsimi rayon H.Ələsgərova küçəsində 1989-cu il təvəllüdlü Ağamirzə Ağayev idarə etdiyi "Wolksfagen Passat" markalı avtomobillə işıqforun qırmızı işığında keçib və digər yolla hərəkətdə olan İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinə məxsus, Qədir Əliyevin idarə etdiyi "Mercedes"i vurub. 26 yaşlı sürücünün idrəetməsindən çıxan avtomobil daha sonra yolun kənarında dayanmış "Hyundai"a çırpılıb.

Nəticədə səfirliyə məxsus olan "S00306" nömrə nişanlı avtomobildə olan İran vətəndaşları: 40 yaşlı Həmid Rza Kəşvəri və 1981-ci il təvəllüdlü Peyman Cəfəri, eləcə də A.Ağayevin sərnişinləri: Hüseyn Rzayev, Azad Abdullayev və Səxavət Hüseynli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

A.Ağayev ilkin ifadəsində bildirib ki, ehtiyatsızlıq nəticəsində işıqforun qırmızı işığından keçib və qəza baş verib.(lent.az)


Xəbəri paylaş

5528 dəfə oxunub.

Digər xəbərlər
26-04-2016, 18:34 “İrandan ABŞ-a iki nota
6-12-2015, 12:31 Cəbhədən xəbər var

bütün xəbərlər
____ Instagram ___