Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Mobil operatorların abırsız ismarışları
Tarix: 30-07-2015 | Saat: 11:43
Bölmə:K, Gündəm, M2 | çapa göndər

Mobil operatorların abırsız ismarışları
Hər birimizin mobil nömrəsinə bircə dəfə də olsa, mobil operatorlardan qəribə ismarışlar gəlib və hələ də gəlməkdədir.

Bu məsələ yaxınlarda Milli Məclisdə müzakirəyə belə çıxarılmışdı. Son vaxtlar yeni tipli bir mesaj da icad olunub.
“Darıxırsan? Danışmağa ehtiyacın var? 652* nömrəsinə zəng vur, qız və ya oğlanlar arasında həmsöhbətini seç, onunla ünsiyyət qur. Öz nömrən görünməyəcək.”

Əgər nömrə görünməyəcəksə və bir daha həmin insanla ünsiyyət qura bilmək mümkün olmayacaqsa, bu anlamsız ünsiyyətə nəyə və kimə gərəkdir?

Bu adi bir ismarışdır, yoxsa “şeytan” əməli?

Bəli, bu bir şeytan barmağıyla yazılmış bir ismarışa daha çox bənzəyir. Bəs, yazılan bu ismarışların əsas hədəfi nədən ibarətdir? Bu barədə psixoloq Elnur Rüstəmovla əlaqə saxlayıb, onun fikirlərini və bu ismarışların əsas məqsədini öyrəndik.

Elnur Rüstəmovun sözlərinə görə, tək bir məqsəd var. O da ki, nə yolla olursa olsun, pul qazanmaqdır. “Bu tip ismarışlar yeniyetmələrə daha çox psixi təsir edir. Bir ailənin dörd nəfər üzvünün hər birində mobil telefon var. Təbii ki, bura uşaqlar və yeniyetmələr də daxildir. Mobil operatorlarsa bu halları nəzərə almır. Əsas məqsədləri isə əməkdaşlıq etdikləri qurumlarla birlikdə pul qazanmaqdan ibarətdir. Kimisi qadın səsi ilə dostlarıyla əylənməyə çalışır, kimisi də uşaq səsi ilə. Otuz-otuz beş saniyəlik bir danışıq müddətində abunəçinin hesabından böyük bir məbləğdə pul çıxılır. Əlbəttə ki, bu bir əyləncə və marifləndirmə metodu deyil. Bunun yerinə hər hansı konkurslar yaradaraq, sonda qalib abunəçiləri hər hansı bir kitabla və daha dəyərli hədiyyələrlə mükafatlandırmaq olar. Yeniyetmələr tanışlıq məqsədilə bu tip mesajlardan daha çox istifadə edir.”



2038 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___