Bakı-Sumqayıt avtobusu yük maşınına çırpıldı: ölən və yaralananlar var
Tarix: 09-03-2017 | Saat: 10:17
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev açıqlamasında deyib ki, hadisə saat 8.45 radələrində Bakı-Quba yolunun 11.5-ci km-də baş verib. İlkin olaraq hadisə yerində 2 nəfərin ölümü qeydə alınıb. 10 nəfərə yaxın yaralı isə Sumqayıt xəstəxanalarına aparılıb: "Hadisənin baş verməsinə Bakı-Sumqayıt mikroavtobusunun nasazlıq səbəbindən yolda dayanmış "Zil" markalı yük avtomobilinə çırpılması səbəb olub. Həmin ərazi axşamdan lentə də alınıb. Görünür, sürücü ya yuxulu olub, ya da diqqəti yayınıb. Hadisə ilə bağlı araşdırma aparılır"
***
09:17
Bakı-Sumqayıt avtobusunun maneəyə çırpılması nəticəsində baş verən qəzada ölən və yaralananlar var.
Abşeron rayon Təcili Yardım Stansiyasından ilkin məlumata görə, qəzada 3 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Yaralılar hazırda xəstəxanaya aparılır.
***
08:50
Abşeron rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın məlumatına görə, “Ford-Tranzit” markalı sərnişin mikroavtobusu yolun kənarındakı maneəyə çırpılıb.
İkin məlumata görə, hadisə nəticəsində xəsarət alanlar var. Qəza yerinə yol polisi və təcili tibbi yardım maşınları cəlb olunub.
Yolda avtomobillərin sıxlığı yaranıb.
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, qəza Bakı-Sumqayıt yolunda baş verib. Məlumata görə, Bakıdan Sumqayıta gedən mikroavtobusun sürücüsü yola çıxan piyadanı vurmamaq üçün manevr etmək istəyib, nəticədə mikroavtobus maneəyə çırpılıb. Hadisə yerində yol polisi işləyir.
İdarədən qəza nəticəsində xəsarət alanların olduğu bildirilib.
Xəbəri paylaş
7128 dəfə oxunub.
Digər xəbərlər

13-04-2015, 16:02
Erməni kəşfiyyatçı məhkəmədə ifadə verdi - VİDEO
4-12-2017, 13:50
Paytaxt əhalisinin sayı açıqlandı
13-06-2018, 15:48
Evləndikləri gün öldülər - Dəhşətli qəzanın təfərrüatı
16-11-2016, 09:58
Azərbaycan İsraildən məşhur hərbi sistemlər alır
28-12-2016, 22:07
Rusiya: "Əsəd hakimiyyətdən gedəcək"
9-01-2018, 11:17
Balqabaq şirəsinin BİLİNMƏYƏN FAYDALARI
25-02-2019, 13:13
25 yaşlı qız benzin tökərək özünü yandırdı-Bakıda
7-12-2017, 15:58
Gənc qızın ölməsi ilə bağlı cinayət işi açıldı
16-06-2019, 15:31
Göyçayda qəbiristanlıq və taxıl sahələri YANIR
10-10-2016, 20:43
Kadırovun 12-ci övladı doğuldu