Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Erməni kəşfiyyatçı məhkəmədə ifadə verdi - VİDEO
Tarix: 13-04-2015 | Saat: 16:02
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Erməni kəşfiyyatçı məhkəmədə ifadə verdi - VİDEO
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində ötən il dekabrın 26-da cəbhənin Ağdam rayonu istiqamətində qoşunların təmas xəttini keçən erməni kəşfiyyatçı Arsen Eduardoviç Baqdasaryanın cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA TV-nin qərb bürosunun məlumatına görə, hakim Elbəy Allahverdiyevin sədrlik etdiyi prosesin qismən qapalı keçiriləcəyi bildirilib.

Prosesdə zərərçəkmiş şəxs qismində Azərbaycan Ordusunun hərbçiləri iştirak ediblər. Arsen Baqdasaryan iki tərcüməçi ilə təmin olunub. Dövlət ittihamçısı Anar Mirkişiyev ittiham aktını elan edib. Təqsirləndirilən şəxsin ittiham aktına etirazı olmayıb.

Daha sonra Arsen Baqdasaryan prosesdə çıxış edib. O, ittiham aktı ilə razılaşdığını, özünü təqsirli bildiyini deyib. Erməni kəşfiyyatçı Ermənistanı müharibəyə, işğala son qoymağa çağırıb: “Azərbaycanlılar günahsız yerə yurdlarından didərgin salınıblar. Mənimlə yaxşı rəftar etdiyinə görə Azərbaycan Respublikasına təşəkkür edirəm. Ermənistan hökumətinə və Dağlıq Qarabağa müraciət etmək istəyirəm. Onlar öz beyinlərindən düşmən sözünü çıxartsınlar. Siz bu vəziyyətdə yaşamağı xoşlayırsınızmı? Tez-tez postda duran əsgərlərin ölüm xəbərlərini alırsınız. Siz elə bilirsiniz ki, siz postları aşdıqda, azərbaycanlılar sizi təhqir edəcəklər? Yox, belə şey ola bilməz. Bunu erməni soyadı daşıyan mən Baqdasaryan deyirəm. Siz görəcəksiniz ki, mən özüm danışıram. Allaha and olsun ki, məni heç kim məcbur etmir".

Arsen Baqdasaryanın hüquqlarını vəkil Ramiz Abdullayev müdafiə edir. Vəkil müvəkkili ilə dəfələrlə görüşdüyünü deyib: "Hazırlıq iclası keçirilənə qədər də onunla görüşmüşəm. Səhhəti normaldır, heç bir şikayəti, tələbi yoxdur. Saxlanma şəraitindən çox razıdır. Bu cür yaxşı şəraitdə saxlanılmasını gözləmədiyini dəfələrlə deyib. Məhkəmə prosesinə heç bir etirazı yoxdur".

Proses aprelin 20-də davam etdiriləcək.


Xəbəri paylaş

6868 dəfə oxunub.

Digər xəbərlər
4-10-2015, 11:18 Cəbhədə son vəziyyət

bütün xəbərlər
____ Instagram ___