Şagirdlər "artıq yük"dən azad olacaq - RƏSMİ
Tarix: 02-03-2017 | Saat: 17:39
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Təhsil Nazirliyi qəbul olunması məqsədilə "Ümumi təhsil pilləsinin yeni dövlət standartları" layihəsini hazırlayıb.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov məlumat verib.
Layihənin təsdiqlənməsi üçün hökumətə təqdim ediləcəyini deyən A.Əhmədovun sözlərinə görə, mövcud standartlardan fərqli olaraq, yeni standartlar "artıq yük"lərdən azad edilib:
"İndi proqramların ağırlığından şikayət edirlər. Haradasa haqlı cəhətlər, haradasa ədalətsiz cəhətlər də var. Amma deyilən hər bir məsələni nəzərə almaq lazımdır. Biz də mövcud standartlara ciddi şəkildə yenidən baxdıq və müəyyən mənada korreksiya etdik, onları artıq yükdən azad etdik. Proqram yazılışında ən vacib məsələ odur ki, uşağa lazımi məlumatları verəsən, lazım olmayan məsələləri oraya daxil etməyəsən. "Lazım olmayan məsələ" o demək deyil ki, o, ümumiyyətlə, uşağa lazım deyil. Sadəcə olaraq, həmin mərhələdə lazım deyil. Çalışmaq lazımdır ki, uşaq əlavə məsələləri özü öyrənə bilsin".
Təhsil proqramlarının düşüncə, təfəkkür üzərində qurulmasını olduqca vacib sayan A.Əhmədov əlavə edib ki, artıq yeni standartlar əsasında kurrikulumun hazırlanmasına başlanılıb.
Qeyd edək ki, mövcud "Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları" Nazirlər Kabinetinin qərarı ilə 2010-cu il 3 iyun tarixli qərarı ilə təsdiq edilib.
Xəbəri paylaş
7088 dəfə oxunub.
Digər xəbərlər

24-03-2016, 14:12
Maşın bazarı çökdü, avtomobillər su qiymətinə satılır
20-09-2015, 18:20
Həbs edilən Respublika başçısının oğurladıqları üzə çıxdı - Video
29-12-2016, 15:47
Eynəyin şüşəsi buxarlanırsa... Çarəsini bizdən öyrənin!
26-11-2018, 16:05
Təmiz qəlbə malik olmaq kifayətdir, yoxsa namaz qılmaq vacibdir?
20-12-2016, 21:53
Qulaqcıqların zərəri - Kar ola bilərsiniz - VİDEO
15-11-2015, 21:01
Putinlə Obama arasında qısa görüş olub
7-10-2015, 16:49
Deputat Xaçatryan: Ermənistan iqtisadiyyatı biabırçı vəziyyətdədir
23-06-2017, 11:23
“Qadınsız yaşamaq əzabdır...” - Musa Yaqub + Video
11-05-2018, 17:57
"Səhnəmizin üz qarası, bir ayda üç kişi dəyişən" - Şəbnəm Tovuzlu efirdə təhqir edildi