Qulaqcıqların zərəri - Kar ola bilərsiniz - VİDEO
Tarix: 20-12-2016 | Saat: 21:53
Bölmə:Karusel / Maraqlı / Xəbəraz TV | çapa göndər
ARB TV-nin efirində yayımlanan "Günün ardınca" verilişində qulaqcıqların zərərindən danışılıb
Telefon qulaqcıqlarından istifadə edənlər çoxdur. Xüsusən gənclər bu əşyaya daha çox meyl göstərirlər. Əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər qulaqcıqdan istifadə edirlər. İctimai nəqliyyatda, bəzən isə işdə belə qulaqcıqlardan istifadə olunur. Mütəxəssislər isə qulaqcıqdan daimi istifadəni sağlamlıq üçün risk hesab edirlər.
Gəray Novruzov (otolorinqoloq): "Qulaqcıqların ən böyük fəsadı xarici qulaq yolunun dəri xəstəliklərinə səbəb olur. Kontakt dermotitlərə, göbələk xəstəliklərinə, el arasında çiban dediyimiz xəstəliklərə səbəbiyyət verir. Bunlar vaxtında düzgün müalicə olunsa, geri qayıdan xəstəliklərdir. Lakin qulaqcıqların elə fəsadı var ki, o geri qayıtmır. Hətta sosial əlilliyə gətirib çıxarır. Uzun müddət qulaqcıqdan istifadə etdikdə qulaq pərdələri ziyan görə bilir. Və ağır eşitməyə gətirib çıxarır. Bunun müalicəsi olmur. Eşitmə aparatlarından asılı olursan.
Hazırda satışda standartlardan kənar və istehsal mənbəyi bilinməyən bir çox qulaqcıqlar satılır. Bunlar da təhlükə mənbəyi hesab olunur. Belə qulaqcıqlar primitiv üsulla düzəldiyi üçün ölçülərin dəqiqliyinə riayət olunmur.
Qulaqcıqların yaratdığı digər bir təhlükə ətrafdakı baş verən hadisələrdən insanın tam təcrid olunmasıdır. Küçə ilə gedən bir insan qulaqcıqlara qapanıbsa, hər an təhlükə yaşaya bilər. Bu ən çox yol qəzaları ilə sonlanır.
Xəbəri paylaş
6338 dəfə oxunub.
Digər xəbərlər

20-06-2018, 10:24
Elşad Miraləm Diaspor Komitəsindəki işindən azad edildi
28-07-2023, 16:15
Temperatur düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
18-04-2016, 20:31
"Barselona"nın futbolçusu Neymar cəzalandırıla bilər
16-04-2021, 19:35
"O Səs Türkiyə" Yarışmasının finalçısı Susqunluğuna son qoydu-VİDEO
15-06-2018, 09:06
Azərbaycanda Ramazan bayramı qeyd olunur
22-03-2017, 11:23
Elgizin yeni verilişindən ilk görüntülər - Yayım vaxtı bilindi - VİDEO
15-12-2022, 11:39
İndi hamını maraqlandıran bir sual var: Dünya Kubokunu kim qazanacaq?
16-01-2018, 15:42
Azərbaycan dini etiqadın ən aşağı olduğu ölkələr sırasında – REYTİNQ
27-04-2016, 23:48
Cəbhədə yenə atəşkəs pozuldu