Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub
Tarix: 28-02-2017 | Saat: 15:00
Bölmə:Karusel / Hadisə | çapa göndər
Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.
Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir: “Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə hadisəsi baş verib. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”.
R. Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub.
APA
Xəbəri paylaş
6638 dəfə oxunub.
Digər xəbərlər

27-10-2016, 16:20
Respublika Müalicə Diaqnostika Mərkəzində YANĞIN
11-08-2016, 01:59
Dünyanın möcüzə çayı - Yerba Mate
6-01-2022, 11:10
“Ailə üzvlərim yeni ştamma yoluxub” – Aysel Əlizadə
13-11-2015, 14:17
İki başlı qız doğuldu - FOTO
8-01-2019, 10:39
Bakıda məktəb direktoru ürəktutmadan vəfat edib - Foto
31-08-2016, 17:26
Ramil Usubov ANS-in bağlanmasının səbəbini açıqladı – VİDEO
22-12-2021, 15:52
Azərbaycanda deputatların sayı artırılacaq? - AÇIQLAMA
11-02-2019, 11:53
Ərinizin başqa qadınlara maraq göstərməsini istəmirsinizsə, BUNLARI EDİN - Gecə YATMAZDAN ƏVVƏL...
10-02-2017, 17:21
Sumqayıtda bina yandı: 2 nəfər zəhərləndi