Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İki başlı qız doğuldu - FOTO
Tarix: 13-11-2015 | Saat: 14:17
Bölmə:Karusel / Maraqlı / M2 | çapa göndər

İki başlı qız doğuldu - FOTO
Banqladeşdə iki başlı qız doğulub.
Uşağın atası Camal Miyanın dediyinə görə, körpənin tənəffüsündə problemlər olduğu üçün o, paytaxt Dəkkədəki hospitalın reanimasiya bölməsindədir.
Xeberaz.az AsiaOne-a istinadən bildirir ki, Bharmanbarya şəhərində anadan olmuş uşağın atası deyib: "Qızımı görəndə heyrətləndim. Onun iki başı var. İki ağızla yeyir, iki burunla nəfəs alır. Şükur Allaha ki, doğuşdan sonra xanımımın, dünyaya gəlmiş qızımın vəziyyəti normaldır".
Qeysəriyyə kəsimi əməliyyatı ilə doğulmuş qızın dünyaya gəldiyi hospitalın sahibi Əbu Kövsərin sözlərinə görə, uşaqda həyati önəm daşıyan orqanlar "ikiqat" deyil: "Bu uşağın iki başı olsa da, bir ürəyi, iki qolu və iki ayağı var".
Fermada fəhlə işləyən Camal Miyanın dediyinə görə, uşağın səhhətində problemlər yaranarsa, müalicə və müayinələr üçün pulu yoxdur.
"Kasıb adamam, qızım da yoxsul ailədə doğulub. Arvadımın qayğısına qalmaq, onun doğuşdan sonra reabilitasiyasını təmin etmək üçün belə, pulum yoxdur", - Miya söyləyib.

Banqladeşdə bundan əvvəl 2008-ci ildə iki başlı uşaq doğulsa da, az sonra ölmüşdü.
İki başlı qız doğuldu - FOTO


Xəbəri paylaş

6338 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___