Ana Sayfa > Karusel / Hadisə > Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub

Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub


28-02-2017, 15:00. Yazar: Xeberaz
Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub
Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib.

Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir: “Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə hadisəsi baş verib. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”.

R. Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub.
APA
Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub

Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub

Masazırda böyük bir ərazidə çökmə, sürüşmə və uçqun olub
Geri dön