Trampın ilk iş günü – Proqram açıqlandı
Tarix: 13-01-2017 | Saat: 14:28
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
Ötən ilin noyabrında ABŞ prezidenti seçilən Donald Trampın vəzifəsinin icrasına başlamasına sayılı günlər qalıb. Vaşinqtonda təhvil-təslim işlərinin davam etdiyi bir vaxtda Trampın Ağ Evdə ilk iş gününü necə keçirəcəyi və proqramının detalları ortaya çıxıb.
Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Bundan bir gün öncə isə birinci və ikinci dünya müharibələrində, Koreya, Vyetnam və Körfəz müharibəsində ölən əsgərlərin xatirəsinə salınmış Arlinqton milli qəbiristanlığını və ABŞ-ın 16-cı, Respublikaçılar Partiyasının isə ilk prezidenti olan Avraam Linkolnun xatirəsinə hazırlanmış Linkoln memorialını ziyarət edəcək.
Yanvarın 20-də rəsmi təhvil-təslim mərasimi baş tutacaq. Mərasimin 200 milyon dollara başa gələcəyi ehtimal olunur.
Trampın 19-20 yanvar tarixlərində proqramı belə sıralanıb:
* Andiçmə mərasimində iştirak edəcək;
* Tramp and içdikdən sonra ənənəvi çıxışını edəcək;
* Dini liderlərin Trampın çıxışından öncə xitabı olacaq;
* Yeni prezident ABŞ Konqresində ənənəvi yemək süfrəsinə qatılacaq;
* Trampın avtomobil karvanı Pensilvaniya küçəsində xalq qarşısından keçəcək;
* Tramp Ağ Evə gələcək, burada çalışan keçmiş işçilər Ağ Evi tərk edəcək.
* Oval otaqda ilk iş gününə başlayacaq.
Trampın vəzifəsinə başlaması münasibətilə ölkənin müxtəlif bölgələrində mərasimlərin təşkil olunacağı da gözlənilir.
Xəbəri paylaş
6988 dəfə oxunub.
Digər xəbərlər

1-07-2015, 17:11
“Nar”dan “WhatsApp” açıqlaması
30-08-2015, 15:16
Bərdədə toyda oynamaq üstündə kütləvi dava düşdü
12-04-2022, 10:26
Əhalini sevindirəcək XƏBƏR - Bu qadağa ləğv edilir - VİDEO
3-08-2020, 13:54
Çimərlikdə 4 metrlik naməlum heyvan cəmdəyi tapıldı - FOTO
26-06-2016, 11:57
Arvadını, qaynana və qayınatasını niyə güllələyib öldürdü? - DƏHŞƏTLİ CİNAYƏTDƏN YENİ XƏBƏR
9-11-2015, 13:09
Dmitri Nazarov millidən kənarlaşdırıldı
1-11-2017, 09:53
Bakı metropolitenində retro qatarlar – FOTO
12-06-2017, 19:33
"Mənə deyirlər ki, bizi Türkiyədə biabır edirsən" - Məlahət Abbasova
8-03-2016, 16:48
BU gün çox şeylər olacaq: "Eşkiya dünyaya hükümdar olmaz" (VİDEO)