Ana Sayfa > Karusel / Siyasət / Dünya > Trampın ilk iş günü – Proqram açıqlandı

Trampın ilk iş günü – Proqram açıqlandı


13-01-2017, 14:28. Yazar: Xeberaz
Trampın ilk iş günü – Proqram açıqlandı


Ötən ilin noyabrında ABŞ prezidenti seçilən Donald Trampın vəzifəsinin icrasına başlamasına sayılı günlər qalıb. Vaşinqtonda təhvil-təslim işlərinin davam etdiyi bir vaxtda Trampın Ağ Evdə ilk iş gününü necə keçirəcəyi və proqramının detalları ortaya çıxıb.

Tramp yanvarın 20-də vəzifəsinin icrasına başlayacaq. Bundan bir gün öncə isə birinci və ikinci dünya müharibələrində, Koreya, Vyetnam və Körfəz müharibəsində ölən əsgərlərin xatirəsinə salınmış Arlinqton milli qəbiristanlığını və ABŞ-ın 16-cı, Respublikaçılar Partiyasının isə ilk prezidenti olan Avraam Linkolnun xatirəsinə hazırlanmış Linkoln memorialını ziyarət edəcək.

Yanvarın 20-də rəsmi təhvil-təslim mərasimi baş tutacaq. Mərasimin 200 milyon dollara başa gələcəyi ehtimal olunur.

Trampın 19-20 yanvar tarixlərində proqramı belə sıralanıb:

* Andiçmə mərasimində iştirak edəcək;

* Tramp and içdikdən sonra ənənəvi çıxışını edəcək;

* Dini liderlərin Trampın çıxışından öncə xitabı olacaq;

* Yeni prezident ABŞ Konqresində ənənəvi yemək süfrəsinə qatılacaq;

* Trampın avtomobil karvanı Pensilvaniya küçəsində xalq qarşısından keçəcək;

* Tramp Ağ Evə gələcək, burada çalışan keçmiş işçilər Ağ Evi tərk edəcək.

* Oval otaqda ilk iş gününə başlayacaq.

Trampın vəzifəsinə başlaması münasibətilə ölkənin müxtəlif bölgələrində mərasimlərin təşkil olunacağı da gözlənilir.



Geri dön