Bakının məşhur "Aeroport sumkası" necə dünya brendi oldu? - FOTO
Tarix: 04-11-2016 | Saat: 12:10
Bölmə:Karusel / Qadınlar / Fotogalereya | çapa göndər
Hər birimizin “aeroport sumkası”, “yük sumkası” kimi tanıdığmız çantalar bu ilin dəbinə çevrilib.
Belə ki, məşhur "Balenciaga" markası 2016-cı il kolleksiyasına “aeroport” çantasına bənzər çanta modelləri əlavə edib. Onların qiyməti təxminən 3 min 200 manatdır.
Futbolçu Pavel Poqrebnyakın həyat yoldaşı Mariya Moskva restoranlarından birində bu çanta ilə görünüb.
Məsələni maraqlı edən odur ki, 3 min 200 manat dəyəri olan bu çantalar bazarlarda 1-2 manata satılır.
Mövzu ilə bağlı açıqlama verən modelyer Elnarə Bəkirova bildirdi ki, bu çantalar keçən ildən dəbdədir və olduqca böyük marağa səbəb olub:
“Məşhur brend markasının istehsal etdiyi həmin çantalar bizim nənə-babalarımızın bazara gedərkən apardıqları çantalara bənzəyir. Sadəcə onların materialında fərq var. Belə ki, bu çantalar brenddir və brend olduğu, adını brendləşdirdiyi üçün yüksək qiymətə satır.
Bu gün dünyada onlara böyük maraq var. Hətta onu almaq üçün növbədə durub gözləyən insanlar mövcuddur. Onun materialı, ona sərf olunan saplar, eləcə də üzərində istifadə olunan rənglər tərkibinə görə tam fərqlidir.
Dünyada bu çantalar qəbul olunsa da, bizdə olduqca marağa səbəb olub. Çünki, bizim bazarlarda bu çantalara rast gəlmək olur. Avropadakı dəbi daim izləyirik. İnanmıram ki, onlar bizim aeroportda satılan çantadan xəbərdar olsunlar".
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

10-05-2018, 18:11
"Zamiq məni aldatdı, dedim pulumu qaytar" - Elgiz Əkbər
17-10-2015, 13:35
Müdafiə nazirindən şəxsi heyətə - TƏBRİK
26-11-2016, 18:59
Hər gün 1 bişmiş kartof YEYİN!
28-11-2016, 00:09
Azərbaycanlı qız ipəkdən ilk dəfə Quran hazırladı - Video
22-07-2015, 12:13
O, uşaqları aldadıb aparır və zorlayırdı. – VİDEO
3-07-2015, 19:28
Onlari unutmaq olarmi?
1-02-2018, 19:51
Həmsədrlər fevralın 3-də Azərbaycana səfər edəcəklər
10-08-2015, 13:08
Bakıda toyda 77 nəfər zəhərləndi- Məşhur restoranda
15-09-2016, 10:48
Xatirə İslam: "Ərimlə işiniz olmasın" - FOTO