Bakıda 2 min polisin iştirakı ilə keçirilən əməliyyatda nələr üzə çıxdı?
Tarix: 08-10-2016 | Saat: 13:15
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Oktyabrın 7-də Bakı şəhər Baş Polis İdarəsi ərazi polis orqanları ilə birlikdə paytaxtda ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, cinayətlərin qarşısının alınması və açılması, eləcə də yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə 2000-dən çox əməkdaşı cəlb etməklə, kompleks tədbirlər həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, nəticədə müxtəlif növ cinayət törədən 4 nəfər tutulub, axtarışda olan 29 nəfər yerləri müəyyənləşdirilərək saxlanılıb. Eyni zamanda, küçə ticarəti ilə məşğul olduqlarına görə 225 vətəndaşın barəsində müvafiq tədbir görülüb, 53 nəfər avara və dilənçiliklə, 2 nəfər isə fahişəliklə məşğul olduqlarına görə saxlanılıb, pasport rejimi qaydalarını pozmuş 1416 nəfər müəyyənləşdirilib. Xırda xuliqanlıq törətdiklərinə görə 31, antisanitariya qaydalarını pozduqlarına görə 74 nəfər, qanunsuz tikinti işləri aparan 2, reklam haqqında qanunvericiliyin tələblərini pozan 3, polisin qanuni tələblərinə qəsdən tabe olmayan 1 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən tədbirlər görülüb.
Bundan əlavə, yol hərəkəti təhlükəsizliyinin təmini sahəsində Dövlət Yol Polisi Xidmətinin əməkdaşları tərəfindən paytaxt ərazisində ümumilikdə yol hərəkəti qaydalarını pozmuş 1565, onlardan kobud qayda pozuntusuna yol vermiş 223 sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib olunub, o cümlədən çoxavazlı səs siqnalı, səsboğucular, sayrışan işıqlar, pərdə, plyonka və qanunla qadağan olunmuş digər əlavə avadanlıqlar quraşdırılmış 68 nəqliyyat vasitəsi müvəqqəti duracağa yerləşdirilib, ödənilməyən cərimələri olan 192 nəqliyyat vasitəsi aşkar edilib. Bir "avtoxuliqan" saxlanılıb, avtomaşını sərxoş halda idarə edən 40, eləcə də dayanma-durma qaydalarını pozmuş 395 sürücü və yolu müəyyən olunmamış yerdən keçən 504 piyada barəsində tədbirlər görülüb.
Paytaxt ərazisində xidmətin nümunəvi təşkili və aparılması, eləcə də hüquq qaydasına riayət olunması nəzarətdə saxlanılmaqla müvafiq tədbirlər davam etdirilir.
Xəbəri paylaş
9008 dəfə oxunub.
Digər xəbərlər

26-09-2018, 17:47
Bakıda zorlanmadan son anda qurtarılan qadın danışdı — VİDEO
18-11-2022, 12:28
Ünvanlı sosial yardım uşaq pulu ilə əvəz olunsun - TƏKLİF
25-12-2015, 16:47
Əsəbiləşən ata balta ilə oğlunun... - VİDEO
25-02-2022, 12:10
Putin Zelenskini niyə devirmək istəyir?
15-01-2018, 14:03
Samir Nəsri futboldan uzaqlaşdırıla bilər - dopinqə görə
4-08-2019, 14:29
“Tualetdəyəm, hamamdayam” - Bülent Ərsoy əsəbiləşdi
12-06-2015, 16:43
Tovuzda gəlin toyunun səhəri günü niyə intihar etdi? (TƏFƏRRÜAT)
14-02-2016, 12:10
Lənkəran rayonunun Boladi kəndində 8 otaqlı ev yandı
14-12-2022, 16:21
Damarları qocalana qədər sağlam saxlamaq istəyənlər üçün MÖCÜZƏVİ MƏHSUL