Xərçəng xəstəsinin kreditlə aldığı inəklər oğurlandı-SABUNÇUDA
Tarix: 28-10-2016 | Saat: 22:00
Bölmə:Karusel / Hadisə | çapa göndər
Bakının Sabunçu rayonunda vətəndaşa məxsus 12 baş iri buynuzlu heyvan oğurlanıb.
"Xəbəraz.az " xəbər verir ki, nəticədə sahibkara külli miqdarda ziyan dəyib.
Əslən Qobustan rayonundan olan Bənövşə Mirzəliyeva deyir ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün paytaxta müalicə almaq üçün üz tutub. Bənövşə Mirzəliyeva Sabunçu rayonu ərazisindəki yeni qəsəbələrdən birində kirayə ev axtarmağa başlayıb. Bənövşə xanım burada qonşuların köməkliyi ilə özünə şəraiti yaxşı olmayan bir ev tapıb. Daha sonra müalicəsini davam etdirmək üçün banklardan birindən kredit götürərək, sahibkarlıqla məşğul olmağa başlayıb. İlk olaraq özünə bir neçə cins inək alaraq, təsərrüfat qurub. Daha sonra o, sahibkarlıq fəaliyyətini genişləndirmək üçün inəklərin sayını 12-yə çatdırıb. Ancaq naməlum şəxslər onun inəklərini oğurlayıblar. Zərərçəkən Bənövşə Mirzəliyeva deyir ki , oğrular yağışlı hava şəraitindən istifadə edərək ona məxsus fermanı yarıblar.
Səhər saatlarında inəklərin oğurlandığını görən Bənövşə Mirzəliyeva dərhal Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə müraciət edib. Aparılan araşdırmalar nəticəsində məlum olub ki vətəndaşa 35 mindən çox ziyan dəyib.
Oğurluğa gələn şəxs və ya şəxslər həyətdə olan iti də zərərsizləşdirə biliblər.
Qeyd edək ki, oğurluq hadisəsi Bənövşə Mirzəliyevanın başına ilk dəfə gəlmir. 1 il bundan əvvəl ona məxsus 30-dan çox qoyun da oğurlanıb. Lakin həmin faktın üstü açılmayıb.
musavat.com
Xəbəri paylaş
8648 dəfə oxunub.
Digər xəbərlər

8-03-2021, 16:33
Bəşşar Əsəd koronavirusa yoluxdu
2-12-2015, 21:33
Ukrayna Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyir
21-05-2016, 15:21
Lukaşenko Vatikana getdi
2-06-2016, 16:21
İlham Əliyev avropalı parlamentarilərlə görüşdü
10-03-2016, 18:20
Bakıda dəhşət: həkimlər 5 yaşlı uşağı öldürdülər
29-05-2022, 12:37
Mərdan Camalovun xalası oğlu Azad Məmmədov Beyləqan QAİ-sində …. - Kim gündə bir içkili sürücü gətirməsə, ərizəsini yazsın…
19-04-2021, 17:58
"Öldü" xəbərləri yayılan müğənni sağ çıxdı
2-04-2015, 19:09
Günorta yuxusu uşaqların hafizəsini gücləndirir
19-06-2015, 13:27
Qalmaqallı Azərbaycan gözəlindən çox danışılacaq sözlər (FOTO)