Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərdan Camalovun xalası oğlu Azad Məmmədov Beyləqan QAİ-sində …. - Kim gündə bir içkili sürücü gətirməsə, ərizəsini yazsın…
Tarix: 29-05-2022 | Saat: 12:37
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / Araşdırma | çapa göndər


60 manat dövlət büdcəsinə, 300 manat Azad Məmmədovun cibinə…

Biz  Gündəlik-Bakı olaraq illər öncə yazdıq ki, avtoqəzalarda ölənlərimiz  Qarabağ müharibəsində ölənlərdən dəfələrlə çoxdur.
Hətta illər öncə Gündəlik-Bakıda “Bu yollar bizi  hara aparır: mənzil başına, yoxsa  qəbristanlığa “  başlıqlı yazı  da dərc etdik.
Bəli, bir neçə gün öncə Beynəlxalq qurumların apardığı  monitorinqə baxanda dəhşətə gəldik.
Azərbaycan
 avtoqəzalardan ölənlərin sayına görə, dünyada  ilk yerdə gedir.
Biz bunu bir media olaraq illər öncə yazdıq. Amma zaman bizim dediklərimizi təsdiq elədi.
Bəs görəsən bunların səbəbi nədir..?
Təkcə  yolların keyfiyyətimi ..?  
Təkcə  sürücülərin  qeyri-peşəkar olmasımı..?
Yəni bu problemə sistemli yanaşmaq lazımdır.
Ümumiyyətlə, Dövlət Yol Polisi məsələsi zaman-zaman ölkə mediasının  gündəmini zəbt edib.
Yəqin yaşlı oxucuların yadında olar ki, vaxtilə Ulu Öndər bu məsələyə görə müşavirədə çox kəskin çıxış elədi və bildirdi ki, sürücüləri heç  bir səbəb olmadan saxlamayın...
Bir neçə il sonra mediada  “Nuşirəvan və bayquşlar..”  söhbəti çıxdı.
Söhbət  dahi Nizami Gəncəvinin Nuşirəvanından deyil, Bakı şəhər QAİ-sindən gedirdi...
Yəni bu problem 30 ildir ki, acı bağırsaq kimi uzanır və bitmək  bilmir...
Daha sonra Milli Məclisdə DANA söhbəti ortaya çıxdı.
Bəli, Milli Məclisin üzvlərindən biri, daha doğrusu, deputat Eldar İbrahimov, parlamentin tribunasından “bir dana yol polisi məni saxlayıb, deputat vəsiqəmə baxır...”  sözlərini dedi.
Sözümüzün canı odur ki, yol polisi ilə bağlı problem bitib-tükənmək bilmir.
Tam səmimi deyək ki, problemi tam olaraq  yol polisinin də  üzərinə atmaq olmaz. Amma...
Əmması odur ki, yol polisi ilə bağlı şikayətlər bitib tükənmək bilmir.
Belə  yol polislərindən biri də Beyləqan Dövlət Yol Polisinin rəisi Azad Məmmədovdur.
Bəli, bu adam bir neçə il əvvəl  Sumqayıt şəhər  Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin rəisi idi  və...nə baş verdisə  bir gecədə getdi.
Bu adamın kimin  qohumu olması rəhbərliyə bəlli idi.
Belə ki, Azad Məmmədov ozamankı  nazir, yəni Müdafiə Sənayesi naziri Yavər Camalovun xalası oğlu idi.
Yəni  Azad Məmmədov məhz mərhum  Yavər Camalovun hesabına  Sumqayıt  şəhər  QAİ-sinin rəisi olmuşdu.
Onun yol verdiyi cinayətini də məhz  Yavər müəllimə görə bağışladılar və onu Beyləqana rəis göndərdilər.
Başqa birisi olsaydı yəqini ki, hazırda həbsxanada olardı.
Sözün qısası, mərhum Yavər Camalovun ölümündən sonra   Azad Məmmədov o biri xalası oğlu, yəni Mərdan Camalovun çətirinə sığındı.
Söhbətin Şirvanın keçmiş, Zərdabın indiki icra başçısı Mərdan Camalovdan getdiyi yəqin ki, bəlli oldu.
Əslində  DİN  rəhbərliyi   Azad Məmmədova hörmət edərək onu Beyləqana rəis  təyin etdilər.
Əslində bu adam həbsdən necə canını qurtardı ?
Görəsən nə baş vermişdi ki, Azad Məmmədov hansı cinayətə yol vermişdi ki, bir gecədə bu olaylar baş verdi..?
Bu suallar  hələ də açıq olaraq qalır...
Bəli, hazırda Beyləqanda  Yol Polisinin rəisi olan Azad Məmmədov  tabeçiliyindəki yol patrul xidməti inspektorlarından hər ay konkret “summa”  tələb edir.
Təsəvvür edirsiniz,  Azad Məmmədovun Beyləqanda  QAİ rəis olduğu vaxtda qəzada ölənlərin sayı  dəfələrlə artıb və buna görə, Azad Məmmədova yumorla qəzalar kralı deyirlər.
Beyləqanda  içkili tutulan hər bir sürücünün avtomobili dayanacağa qoyulur və 60 manat cərimə yazılır. Ancaq içkili tutulan şəxslərin hər birindən  400 manat pul alınır.
Yəni 60 manat  dövlət büdcəsinə, təxminən 300 manat isə Azad Məmmədovun cibinə gedir.
Hələ  bu harasıdır ?
Mərdan Camalovun xalası oğlu deyib ki, kim gündə  1 içkili sürücü gətirməsə,......ərizəsini yazsın.
Bəli, xala oğlanlarından biri  Mərdan Camalov Zərdabı, o biri xala oğlu Azad Məmmədov  beyləqanı sökməklə məşğuldur..
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

P.S. Bu cür rəislərin hərəkətləri cənab nazirin gördüyü işlərə kölgə salır. 
(https://gundelik-baku.com/)




Xəbəri paylaş

4428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___