Aşura günü bu məscidlərdə qanvermə aksiyaları olacaq - SİYAHI
Tarix: 11-10-2016 | Saat: 10:54
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanda Aşura günü qanvermə aksiyası keçiriləcək məscid və ziyarətgahların siyahısı açıqlanıb.
"Xəbəraz.az "-ın Trend-ə istinadən xəbərinə görə, qanvermə ölkə üzrə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankından başqa 14 məsciddə təşkil olunacaq.
Qanvermə aksiyalarının təşkil olunacağı məscidlərin 8-i Bakıda, 6-sı isə digər rayon və şəhərlərdə yerləşir.
Aksiyalar Bakıda Mərkəzi Qan Bankında, Yasamal rayonunda “Təzəpir” məscidi və “Hacı Soltanəli” məscidləri, Səbail rayonunda “Bibiheybət” və İçərişəhər “Cümə” məscidləri, Suraxanı rayonu “Qaraçuxur” qəsəbə məscidi, Xəzər rayonu “Mirmövsüm ağa” ziyarətgah-məscidi, Nizami rayonu “Keşlə” qəsəbə məscidi, Nəsimi rayonu "Əjdərbəy” məscidində təşkil olunacaq.
Bununla yanaşı, Sumqayıtda “Cümə” məscidi, Gəncədə “İmamzadə” ziyarətgah-məscidi, Mingəçevirdə “Heydər” məscidi, Şəkidə “Сümə” məscidi, Lənkəranda “Böyük Bazar” məscidi, Bərdədə “Cümə” məscidində də qanvermə aksiyası keçiriləcək.
Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.
Qeyd edək ki, Azərbaycanda Məhərrəmlik ayı oktyabrın 3-dən başlayıb və sabah Aşura günüdür.
Xəbəri paylaş
5538 dəfə oxunub.
Digər xəbərlər

21-11-2018, 11:00
Ayrılıq xəbərlərinə belə cavab verdi-foto
19-07-2017, 13:26
Bu universitetlərdə keçid balı aşağı salındı - SİYAHI
8-06-2016, 16:05
Azərbaycanda hamilə qadınlar üçün məktəb açıldı
11-06-2015, 13:54
Bakıda evlərin qiymətləri ucuzlaşır
10-05-2022, 12:03
Özünü iynələyib, saçını kəsib polisə zəng etdi - Maskalılar evimə girib məni... - Azərbaycanda qəribə olay
2-11-2016, 09:46
İrəvanda metronu da su basdı - Foto
17-02-2020, 12:22
Polad Bülbüloğlu 75 ildən sonra döyüşçü övladını atasının məzarı üstünə apardı - FOTOLAR
7-06-2016, 16:38
Neftdən 8 ayın rekordu