Bakı Metropolitenindən 6 yaşlı sərnişinlərə sürpriz
Tarix: 15-09-2016 | Saat: 13:42
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti 15 sentyabr - Bilik Günü ilə əlaqədar daha bir sosial layihə həyata keçirib.
"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bu gün metronun "Elmlər Akademiyası"nın təmirdən sonra istifadəyə verilən əsas çıxışında bu münasibətlə tədbir keçirilib. Tədbirdə metropoliten işçiləri birinci sinifə qədəm qoyan şagirdləri qarşılayıb və onlara sürpriz hazırlayıblar. Belə ki, metropoliten işçiləri "Elmlər Akademiyası" stansiyasından istifadə edən birincilərə hazırladıqları sualları veriblər. Suallar tapmacalar, metro stansiyaları və Azərbaycanın şifahi xalq ədəbiyyatı haqqında olub. Sualların cavabını tapan balaca sərnişinlərə metropoliten əməkdaşları hədiyyələr təqdim ediblər.
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinini mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, tədbir günün sonuna qədər davam edəcək. Gün ərzində stansiyadan istifadə edən 1-ci sinif şagirdlərini metropoliten əməkdaşları qarşılayacaq, onları Bilik Günü münasibətilə təbrik edəcək və balaca sərnişinlərə hədiyyələr verəcəklər.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

8-11-2017, 10:15
Neft 75 dollara qədər bahalaşacaq - Proqnoz
12-03-2015, 14:12
Rusiya və ABŞ Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə etdi
5-01-2016, 19:02
Bakıda daş karxanasında yanmış kişi meyiti tapıldı
10-10-2017, 20:41
“Lotu Quli”nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? – DOSYE - FOTOLAR
18-02-2016, 15:22
Yasamal icra başçısının adı 500 minlik qalmaqalda - Foto,
28-09-2016, 17:04
71 yaşlı kişi 29 yaşlı qıza elçi düşdü: əl-ələ verilişdən getdilər
2-07-2015, 02:46
Azərbaycan-Rusiya dəmiryol reyslərində azalma
17-10-2015, 17:52
Türkiyədə daha bir miqrant faciəsi: 12 ölü