Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Lotu Quli”nin qulağını kəsdirdiyi azərbaycanlı avtoritet kimdir? – DOSYE - FOTOLAR
Tarix: 10-10-2017 | Saat: 20:41
Bölmə:Karusel / M2 / Xəbəraz TV / Araşdırma | çapa göndər


Keçən il İstanbulda  azərbaycanlı kriminal avtoritet Rafiq Eyvazovun döyülməsi və qulağının kəsilməsi ilə bağlı görüntülər yayılmışdı.
 
 
Görüntülərdən məlum olurdu ki, Rafiq Eyvazov “Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun adamları tərəfindən döyülüb. Bundan sonra Rafiq Eyvazov  Nadir Səlifovla şəxsi düşmənçiliyə başlayıb.
 
Həmin hadisənin təfərrüatına gəldikdə, hadisənin pul üstündə baş verdiyi ehtimal edilir.
 
Mətbuatda qeyd edilib ki, Eyvazov daha öncə Bakının 8 saylı islah təcridxanasında cəza çəkərkən Səlifovun qruplaşmasında olub, münaqişədən sonra qruplaşmadan çıxmaq istədiyini bildirib.
 
Tezliklə Səlifovun adamları Eyvazovu İstanbul aeroportunda qarşılayıblar və onu restorana aparıblar. Eyvazov tək olmayıb, onunla birlikdə türk dostu da olub. Restoranın çıxışında cinayətkarlar Eyvazovu silahla hədələyərək tanışı ilə bərabər adam olmayan yerə aparıblar.
 
Orada hər ikisini vəhşicəsinə döyüblər, Eyvazovun isə qulağını kəsiblər. Baş verən hadisədən sonra Masallinski bir neçə gün xəstəxanada qalıb.
 
Bundan sonra Rafiq Masallinski digər azərbaycanlı kriminallarla  birləşib qisas almaq niyyətində düşüb. Rafiq məhz İstanbulda ona edilən davada iştirak edən 2 avtoritetin öldürülməsi nail olub.
 
 
 
Rafiq Masallinski kimdir?
 
 
Rafiq Yavər oğlu Eyvazov 1982-ci il yanvar ayının 21-də Masallı rayonu Qarabağ küçəsində anadan olub. Onun milliyyətcə talış olduğu qeyd edilib.
 
 
O, gənc yaşlarından müxtəlif cinayətlərə görə dəfələrlə saxlanılıb. Lakin bunlar barəsində elə də geniş məlumat yoxdur.  Daha sonra Rafiq Eyvazov Rusiyada və Azərbaycanda kriminal aləmin üzvləri ilə münasibət qurmağa başlayıb. Rafiq Masallinski 2013-cü il  fevral ayında  keçirilən “sxodka” zamanı “qanuni oğru” adına yiyələnib.
 
Rafiq Eyvazov həmin sxodkada Əlibaba Həmidov (Qoca Bakinski), Arif Mehdiyev (Arif Sumqayıtski), Vaqif  Süleymanov (Vaqif Diplomat), Yunus Nəzərov (Yunus Yasamalinski), Rəşad İsmayılov (Rəşad Gəncinski), Baxış Əliyev (Baxa) və başqa bir neçə gürcü lotu tərəfindən “tac”landırıb.
 
2013-cü ilin martın 27-də Rafiq Eyvazov “Bandontel” tərəfindən Bakıda həbs edilib. Onun üzərindən “Makarov” tipli tapança və 5 güllə aşkarlanıb. O, ifadəsində düşmənləri olduğu üçün silah gəzdirdiyini deyib.
 
 
Rafiq Eyvazov cəzasını Qobustanda yerləşən ciddi rejimli həbsxanada çəkib. O, bu dövrdə həmin həbsxanada “opşak”a baxan Ramin Əliyev (Dobri Ramin və yaxud Kriti Ramin)lə dostluq edib. Bunu əks etdirən fotolar var.
 
“Dobri Ramin” isə uzun müddət Qobustanda cəza çəkən məhbuslar arasında “böyük qardaş” kimi tanınıb. (“Dobri Ramin” də dünyasını dəyişib).
 
 
Həmin dövrlərdə Eyvazovun  “Lotu Quli” ilə münasibətləri pisləşməyə başlayıb.
 
Məhz Nadir Səlifov tərəfindən onun oğru adı əlindən alınıb. Lakin bu, uzun çəkməyib,  Eyvazovun oğru adı bərpa edilib.
 
Həbsdən çıxandan sonra Rafiq Eyvazov Rusiyada və Türkiyədə yaşayır. Lakin tez-tez Azərbaycana gəldiyi də məlumdur. Sonuncu dəfə Rövşən Lənkəranskinin məzarını ziyarət edib.





Xəbəri paylaş

1 1028 dəfə oxunub.

Digər xəbərlər
22-07-2017, 10:38 ”Facebook” pullu olacaq

bütün xəbərlər
____ Instagram ___