Bakıda daş karxanasında yanmış kişi meyiti tapıldı
Tarix: 05-01-2016 | Saat: 19:02
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Meyit “Kristal” MMC-də usta işləmiş Abbas Aslanova məxsus olub.
Bakıda yanmış kişi meyiti tapılıb. Bakı şəhər prokurorluğundan verilən məlumta görə, yanvarın 1-də saat 01 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən “Gülbaxt” daş karxanası kompleksində fəaliyyət göstərən “Kristal” MMC-yə məxsus konteyner tipli istirahət otağında yanğın baş verib. Həmin otaqda 1968-ci il təvəllüdlü, Ağcabədi rayon sakini, “Kristal” MMC-də usta işləmiş Abbas Aslanovun yanmış meyiti aşkar edilib.
Bakı şəhər və rayon prokurorluqlarının, rayon polis idarəsinin, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin və məhkəmə-tibb ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Hadisə yerindən maddi sübutlar götürülmüş və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış və müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Xəbəri paylaş
6688 dəfə oxunub.
Digər xəbərlər

3-04-2016, 20:01
Baş örtükləri ilə bahar cazibədarlığı - FOTOLAR
6-09-2015, 16:03
“Cəmil Həsənlinin qulağına bir adam pıçıldasın ki…“ - Elşən Musayev
12-11-2020, 10:36
Petrosyan: Paşinyan Ermənistanın başına bəla açdı
21-03-2017, 17:45
Sami Yusif: "Mən Ermənistanı dəstəkləməmişəm, yalandır" - Foto
2-07-2018, 14:43
AMEA-da işıqlar niyə kəsildi?
6-08-2018, 19:01
Bu avtobusun hərəkət istiqaməti dəyişdirildi
5-07-2017, 11:26
Həmsədrlər bəyanat yayıb - YENİLƏNİB
19-02-2016, 15:10
"Onlar xəsətəxanaları şüurlu şəkildə vururlar" - "Guardian" Əsədin cinayətləri haqda