Azərbaycanda doğuşu ağırlaşdıran əsas XƏSTƏLİKLƏR
Tarix: 11-09-2016 | Saat: 12:19
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər
Azərbaycanda tibb müəssisələrində qeydə alınan hamilə qadınların doğuşunu ağırlaşdıran əsas xəstəliklərin adları açıqlanıb.
Trend-in Dövlət Statistika Komitəsinin statistik göstəricilərinə istinadən verdiyi məlumata görə, Azərbaycanda doğuşu ağırlaşdıran əsas xəstəlik anemiyadır.
Ötən il 22 435 qadında anemiya doğuşu ağırlaşdıran əsas xəstəlik olub.
Bu xəstəlik ondan əvvəlki illərdə də doğuşu ağırlaşdıran xəstəliklər sırasında ilk yeri tutub.
Anemiya həm də hamiləliyi başa çatan qadınlarda ən çox rast gəlinən xəstəlikdir. Ötən il 27 397 hamiləliyi başa çatan qadında anemiya olub.
Azərbaycanda doğuşu ağırlaşdıran xəstəliklər arasında ikinci yeri tutan proteinuriya, ödemlər və hipertenziv hallarına ötən il 6 567 qadında rast gəlinib.
Qadınların 2 679-nun doğuşunun ağırlaşmasına ciftin ayrılması ilə əlaqədar olan qanaxmalar, 2 263-ə venoz fəsadları, 1 138-ə sidik-cinsiyyət sisteminin xəstəlikləri səbəb olub. Bununla yanaşı, ötən il Azərbaycanda 703 qadının doğuşunun ağırlaşmasına qan dövranı sisteminin xəstəlikləri, 198-nin doğuşunun ağırlaşmasına isə şəkərli diabet səbəb olub.
Ötən il Azərbaycanda tibb müəssisələrində 130 830 qadının hamiləliyi başa çatıb ki, onların 123 078-nin doğuşu vaxtında, 4714-nün doğuşu isə vaxtından əvvəl (28-36 həftə) olub.
Qeyd edək ki, ötən il Azərbaycanda 24 ana ölümü baş verib. 2010-cu ildə bu rəqəm 26, 2011-ci ildə 27, 2012-ci ildə 26, 2013 və 2014-cü illərdə isə 25 olub.
Milli.Az
Xəbəri paylaş
7858 dəfə oxunub.
Digər xəbərlər

15-04-2017, 10:48
Bakının məşhur gecə klubunda qadını döydülər - FOTO
27-06-2015, 12:13
Oğuzda oğlan nişanlısını bıçaqlayıb öldürdü – VİDEO
21-11-2015, 17:39
“Nə gözəl oğlansan” dedilər, qız çıxdı - VIDEO
20-04-2017, 12:39
Kişilər qadınları niyə qısqanır? - 5 ƏSAS SƏBƏBİ
11-07-2015, 12:37
Nazirlər avtobus qəzalarını nəzarətə götürdü
6-08-2018, 19:04
Dünyanın ən iyrənc qoxuları açıqlandı - SİYAHI - FOTO
9-05-2023, 11:03
Qaynadılmış limon suyunun MÖCÜZƏVİ FAYDASI - İNANILMAZDIR
18-01-2016, 18:51
Azərbaycanda həkimlərin maaşları artırıldı
19-05-2023, 09:16
Masazırda azyaşlı uşaqlar itlərin hücumuna məruz qaldı, vəziyyətləri ağırdır - FOTO
18-04-2020, 13:44
Bakıda dezinfeksiya işləri belə aparılır - Fotolar