Oğuzda oğlan nişanlısını bıçaqlayıb öldürdü – VİDEO
Tarix: 27-06-2015 | Saat: 12:13
Bölmə:Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər
Qızın anası intihar etmək istədi...
Oğuz rayon sakini nişanlısını bıçaqlayaraq qətlə yetirib.
Xeberaz.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA TV-nin Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə rayonun Padar kəndində baş verib.
Oğuz rayon Kərimli kənd sakini, 1985-ci il təvəllüdlü İlkin Adil oğlu Rəsulov 1992-ci ildə Kəlbəcər rayonunun Zar kəndində anadan olan, hazırda rayonun Padar kəndində məskunlaşan nişanlısı, məcburi köçkün Səbinə İsmayıl qızı Əhmədovanın yaşadığı evə gedərək orada onunla mübahisə edib.
Mübahisə zamanı İlkin Rəsulov üzərində gəzdirdiyi bıçaqla Səbinə Əhmədovaya 4-5 bıçaq zərbəsi vuraraq qətlə yetirib.
Hadisə yerini tərk edən İlkin Rəsulov Oğuz Rayon Polis Şöbəsinə zəng edərək, istintaqa könüllü təslim olub. İlkin araşdırma zamanı İlkin Rəsulov hadisəni qısqanclıq zəminində törətdiyini və Səbinə Əhmədova ilə nişanlı olduğunu bildirib. Məlumatda bildirilir ki, hadisə baş verən zaman Səbinə Əhmədova evdə tək olub. Hadisədən sonra evə gələn qızın anası, 1965-ci il təvəllüdlü Çimnaz Ramazan qızı Əhmədova qızının qətlə yetirilməsinə dözməyərək intihar etmək məqsədilə sirkə turşusu qəbul edib. Sirkə turşusundan zəhərlənən Çimnaz Əhmədova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Xəstəxanada Çimnaz Əhmədovaya lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.
Faktla bağlı Oğuz rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Xəbəri paylaş
7998 dəfə oxunub.
Digər xəbərlər

10-09-2016, 21:26
“Qəbələ” “Neftçi”ni darmadağın edir - YENİLƏNİR
8-08-2017, 08:35
Prezidentdən deputatların etik davranışı ilə bağlı - Sərəncam
10-07-2015, 11:10
"Qəbələ" azarkeşlərindən pankart: Borçalı Azərbaycan ərazisi kimi göstərildi FOTO, VIDEO
14-08-2016, 22:59
Leş ətindən dönər - 1 manat 50 qəpiyə…
6-12-2018, 12:41
Qırmızı vərəqə aldı, paltardəyişmə otağından geri çağırıldı
26-05-2016, 22:31
Balotelli “Liverpul”a qayıdır
24-07-2015, 12:22
21 yaşlı məcburi köçkün özünü asdı – BAKIDA
15-12-2016, 12:02
Universitetlərin nəzdində 2 illik kolleclər yaradılacaq
9-08-2022, 14:24
Azərbaycanlı musiqiçinin DALAĞI PARTLADI - VƏFAT ETDİ - FOTO/VİDEO
3-04-2016, 19:08
Ağdamda atışmada iki ev, bir məktəb dağıldı