Nazirlər avtobus qəzalarını nəzarətə götürdü
Tarix: 11-07-2015 | Saat: 12:37
Bölmə:M / Karusel / Gündəm / Foto-fakt | çapa göndər
Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov sərnişin avtobuslarının iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələri (YNH) ilə bağlı məsələlərə aydınlıq gətirib
E.Sultanov Trend-ə bildirib ki, Tovuzda 4 nəfərin ölümü və 7 nəfərin yaralanması ilə nəticələnən qəza faktı ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində Cinayət Məcəlləsinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda (263.3-cü) maddəsi üzrə cinayət işi başlanılıb. Avtobusun sürücüsü şübhəli şəxs qismində tutulub.
Bakının Nizami rayonunda baş vermiş YNH-ə gəlincə, E.Sultanov qeyd edib ki, iki nəfərin ölməsi ilə bağlı bəzi KİV-lərdə yayılan məlumatlar həqiqəti əks etdirmir. Nizami rayonunda baş vermiş qəzada 9 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Onlardan ikisinə yerindəcə tibbi xidmət göstərilərək evə buraxılıb, qalan 7 nəfər 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Həmin yol-nəqliyyat hadisəsi ilə bağlı Nizami rayon polis idarəsində müvafiq araşdırmalar davam etdirilir. Hazırda qəza yerindən qaçmış avtobus sürücüsünün saxlanılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
E.Sultanov əlavə edib ki, hər iki yol nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar daxili işlər naziri və baş prokurorun nəzarətinə götürülüb.
Xəbəri paylaş
6048 dəfə oxunub.
Digər xəbərlər

22-07-2016, 20:45
ANS-in işsiz qalan işçilərindən təqdirəlayiq - FOTO
2-05-2016, 18:53
Nüvə Tədqiqatlarının Bakıda toplantısı keçirildi - Foto
2-04-2017, 16:01
Yeni ailə quran müəllimə məktub yazıb özünü öldürdü
8-05-2022, 13:00
Bakıda arabir yağış yağacaq, rayonlarda isə... - PROQNOZ
26-09-2022, 11:57
DYP Anım Günü ilə bağlı vətəndaşlara müraciət etdi
17-08-2018, 12:18
Xaçmazda qadın intihar etdi - Özünü hərəkətdə olan avtomobildən ataraq
26-10-2015, 23:04
Eldar Mahmudovu qoruyanlar həbs edildilər
13-10-2020, 14:00
Ermənistan ordusunun daha bir zabiti məhv edildi
14-05-2023, 11:17
İBN SİNANIN SAĞLAMLIQ MƏSLƏHƏTİ: 7 gün ərzində sumaq suyu içsəniz...
19-09-2019, 12:37
Bakıda gəlin qayınanasını öldürüb