Çavuşoğludan İsrail açıqlaması
Tarix: 22-06-2016 | Saat: 15:16
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
İsrail şərtlərimizi yerinə yetirsə, səfirimizi göndərib, lazımi addımları atacağıq.
"Xəbəraz.az " xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
Onun sözlərinə görə, yekun razılaşma üçün İsrail Türkiyədən HƏMAS-la əlaqələri kəsməyi istəməyib:
“Türkiyə ilə İsrail arasında görüşlər davam edəcək. Bizim şərtlərimiz bəllidir. Bunlar yerinə yetirilərsə, səfirimizi göndərib, lazımi addımları atacağıq. Qəzzaya tətbiq edilən blokada ləğv olunmalıdır. Buradakı fələstinli qardaşlarımız çətin vəziyyətdədir. Humanitar yardımlar problemsiz şəkildə Qəzza və Fələstinə çatmalıdır. Yekun razılığın olması İsrailin mövqeyindən asılıdır. HƏMAS məsələsində problem olacağını düşünmürəm. Bizim HƏMAS-la olan münasibətlərimiz heç kimə sirr deyil. Yaxın Şərqdə HƏMAS-sız sülh olmayacaq. İsraillə münasibətlərimizin normallaşması üçün HƏMAS şərti yoxdur”.
İyunun 26-da Türkiyə və İsrail rəsmiləri arasında görüş gözlənilir.
Xatırladaq ki, İsrail 2010-cu ilin mayında Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyə gəmilərinə hücum edib və bundan sonra iki ölkə arasında diplomatik münasibətlər dayandırılıb.
Xəbəri paylaş
7728 dəfə oxunub.
Digər xəbərlər

13-01-2016, 10:46
Bakıda ağır qəza, 2 yaralı - FOTO
18-10-2015, 21:17
“İlham Əliyev fövqəladə toplantı keçirdi
3-05-2016, 12:53
Petrosyan Xankəndidə: Son döyüş müzakirə edilir
24-11-2018, 14:40
Arvadını kənddə qonşu kişi ilə tutdu, sonra dayısı ilə... - Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ
22-09-2016, 14:48
Xəbərdarlıq: güclü külək, dolu
1-10-2016, 15:07
Nərimanovda dəhşətli qəza - Video
7-05-2016, 00:08
Bakda qadın sirkə turşusu içdi və öldü
19-09-2015, 12:45
23 il həbsdə olan şəxs: Bütün “srok”um tiryəklə olub - VİDEO