Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Siyavuş Novruzov bankları tənqid etdi: "Krediti çox yüksək faizlə verirlər"
Tarix: 17-03-2017 | Saat: 14:17
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Siyavuş Novruzov bankları tənqid etdi: "Krediti çox yüksək faizlə verirlər"


Millət vəkili Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən iclasında bank kreditlərinin faizlərinin yüksək olması ilə bağlı narazılığını bildirib.

"Xəbəraz.az " Trend-ə istinadən xəbər verir ki, S.Novruzov qeyd edib ki, postsovet ölkələri arasında ən yüksək kredit faizi Azərbaycandadır:

"Banklar krediti elə yüksək faizlə verir ki, onu alan vətəndaş heç bir sahibkarlıqla məşğul ola bilmir. Mərkəzi Bank banklara krediti 15 faizə verir, ancaq banklar vətəndaşa krediti 25-29 faizə verir. Qoy banklar 6 və ya 7 faiz qazansın. Yoxsa kimin ağlına nə faiz gəldi, onu da qoyur. Bu düzgün deyil".

S.Novruzov Mərkəzi Bankı bu istiqamətdə tədbirlər görməyə çağırıb: "Mərkəzi Bank bu məsələlərə ciddi şəkildə yanaşmalıdır və müvafiq tədbirlər görməlidir. Cənab prezidentin dediyi kimi, hər şey vətəndaş üçündür. Əgər biz vətəndaşı qorumuruqsa, bu görülən işlər nəyə lazımdır?!"


Xəbəri paylaş

6018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___