Ombudsman cəbhə xəttinə yollandı - Foto
Tarix: 15-06-2016 | Saat: 14:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikanın qərb bölgəsində səfərdə olub.
Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.
Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.
Xəbəri paylaş
7298 dəfə oxunub.
Digər xəbərlər

23-05-2019, 11:01
Ramazan ayının 18-ci gününün DUASI
23-11-2022, 11:20
Kəlbəcərdə bədbəxt hadisə - AXCP üzvü öldü
13-10-2015, 13:32
Fəzail Ağamalı Qarabağlıda yüksək səviyyəli görüş keçirdi (FOTO)
3-05-2019, 11:04
Lənkəranda ana doğuşdan sonra öldü
13-07-2019, 14:09
Silahlı insidentdə ölən gənc Milli qəhrəmanın qohumudur - ÖZƏL
18-06-2018, 12:46
Qarabağ separatçılarının lideri öldü
7-08-2015, 10:37
Bu qadının hər addımı 70 dollardır - VİDEO
11-11-2015, 11:54
DƏHŞƏT: kişinin başını kəsib küçəyə atdılar - BAKIDA
10-03-2016, 13:11
Bağa atılmış paslı maşın milyonlara satılacaq - FOTO
9-05-2018, 11:30
Salah "Real"a keçməyə razılıq verib?