Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ombudsman cəbhə xəttinə yollandı - Foto
Tarix: 15-06-2016 | Saat: 14:48
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Ombudsman cəbhə xəttinə yollandı - Foto

Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova dövlət başçısının müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın icrası, təbliği və tətbiqi vəziyyətinin monitorinqi ilə bağlı respublikanın qərb bölgəsində səfərdə olub.

Müdafiə Nazirliyindən Axar.az-a verilən məlumata görə, ombudsman cəbhə bölgəsində yerləşən hərbi hissələri, o cümlədən ön xətdə döyüş növbəsi çəkən bölmələri ziyarət edərək hərbi qulluqçuların vəziyyəti, xidməti və sosial-məişət şəraiti, göstərilən tibbi yardım, qidalanma rejimi və digər məsələlərlə tanış olub, əsgər və zabitlərin mənəvi-psixoloji durumu ilə maraqlanıb.

Hərbi qulluqçularla keçirilən görüşlərdə insan hüquqları, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar söhbətlər aparılıb.
Ombudsman cəbhə xəttinə yollandı - Foto
Ombudsman cəbhə xəttinə yollandı - Foto
Ombudsman cəbhə xəttinə yollandı - Foto
Ombudsman cəbhə xəttinə yollandı - Foto


Xəbəri paylaş

7208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___