İstanbuldakı partlayışda yaralanan azərbaycanlı danışdı
Tarix: 07-06-2016 | Saat: 21:55
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün Türkiyənin İstanbul şəhərində baş vermiş partlayışda yaralanan Azərbaycan vətəndaşı, 1990-cı il təvəllüdlü Murad Mirəliyevin vəziyyəti stabildir.
Bu barədə Report-un Türkiyə bürosuna M.Mirəliyevin özü məlumat verib.
"Mən Türkiyədə yaşamıram. Sadəcə, İstanbulda qohumlarım olduğundan onlara baş çəkmək üçün tez-tez Türkiyədə oluram. Bu gün də təsadüfən oradan keçirdim, hər gün getdiyim yer deyildi. Yağış yağdığından çətir götürmüşdüm.
Birdən güclü zərbə dalğasından yerə yıxıldım. Havada tüstü dumanı olduğunu gördüm. Başım dümanlandı, daha sonra istilik hiss etdim və ayağımın arxa hissəsindən qan axırdı.
Artıq özümü yaxşı hiss edirəm. Həkimlər 20-25 gün ərzində xəstəxanadan evə buraxılacağımı bildiriblər", - deyə o söyləyib.
Qeyd edək ki, bu gün səhər saatlarında İstanbulun Beyazit rayonunun Vezneciler metro stansiyası yaxınlığında polis avtomobilinin keçidi zamanı dayanacaqdakı minalanmış maşın partladılıb. Nəticədə 12 nəfər həlak olub, 42 nəfər yaralanıb.
Xəsarət alanlar arasında 26 yaşlı Azərbaycan vətəndaşı Murad Mirəliyev də olub. O, hazırda Haseki Təhsil və Araşdırma Xəstəxanasında müalicə olunur.
Xəbəri paylaş
6768 dəfə oxunub.
Digər xəbərlər

1-07-2017, 12:55
"Arvadım qardaşıma qoşulub qaçdı" - 6 aydır görüşürmüşlər - VİDEO
23-04-2017, 22:11
Ən ali əsəri öz heykəli oldu...
15-08-2018, 18:13
Üzüm çəyirdəyinin faydaları
24-06-2017, 14:08
Azərbaycanda havanın temperaturu yüksəlir - 34 DƏRƏCƏ
20-06-2015, 22:51
Ermənistandan Azərbaycana ərik gətirilməsinin qarşısı alındı - FOTO
25-12-2021, 12:41
Türkiyə seriallarının yayımı dayandırıldı
23-12-2017, 12:15
Pensiyalar BU QAYDA ilə yenidən hesablanacaq
16-08-2016, 21:46
Uşaqların inkişafını ləngidən 8 əşya - VALİDEYNLƏRİN NƏZƏRİNƏ
26-02-2019, 10:57
Tələbə köçürülmələri ilə bağlı nəticələr açıqlanacaq
16-03-2022, 09:28
Qulaqdakı bu xəttə diqqət! - Kimdə varsa...