Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ən ali əsəri öz heykəli oldu...
Tarix: 23-04-2017 | Saat: 22:11
Bölmə:Karusel / Gündəm / M2 / Xəbəraz-ın debatı | çapa göndər

Ən ali əsəri öz heykəli oldu...



"Xəbəraz.az " "Azərbaycan" qəzetinə istinadən şəhid Samir Kaçayevin tələbə yoldaşı Zamik Rzayevin yazısını təqdim edir.

Samir Kaçayev gələcək vəd edən gənc heykəltəraş idi. 2015-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra magistraturaya daxil olmuşdu. İstedadlı idi. Sənətdə ilk uğurlarını da qazanmışdı. Sənətşünaslar işlərini bəyənirdi, əsərləri mükafatlara layiq görülürdü. Sonuncu dəfə mükafatı məzun olduğu və əsgərliyə yollandığı ilin noyabr ayında almışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilati dəstəyi ilə həyata keçirilmiş "Tolerant Azərbaycan gənci" müsabiqə-sərgi layihəsinin qaliblərindən olmuşdu. Əsgərlikdə olsa da, mükafatlandırma mərasiminə dəvət almış, hərbi komandanlıq da onun bu tədbirdə iştirakına şərait yaratmışdı.

Mükafatını respublikamızın adlı-sanlı sənətşünaslarının əlindən almışdı. Onlar Samir haqqında xoş sözlər söyləmiş, ona yaradıcılıq uğurları arzulamışdılar. Ancaq onun növbəti, son və ən möhtəşəm əsəri qəhrəmanlığı ilə ölkənin tarixində, xalqın qəlbində qurduğu öz heykəli oldu: ötən il aprel döyüşlərində iştirak etdi, hərbi tapşırığı şücaətlə yerinə yetirdi. Burada da fərqləndi, igidlik göstərdi və qəhrəmancasına şəhid oldu. Prezidentin sərəncamı ilə Samir Kaçayev "İgidliyə görə" medalına layiq görüldü. Doğma Şamaxıda, Çuxuryurd kəndində dəfni zamanı onunla vidalaşmağa gələnlərin sayı-hesabı yox idi: sanki bütün Şamaxı, Şirvan eli burada idi.

Samir sənətini və Vətənini çox sevirdi. Hər ikisi uğrunda canından belə keçməyə hazır idi. Keçdi də - seçimi Vətən oldu. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması naminə əbədiyyətə qovuşdu. Samir Kaçayev qısa dövrdə yaratdığı əsərləri və hərbi zəfər tariximizə yazılan şanlı aprel döyüşlərində göstərdiyi şücaətlə Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Son bir ildə onun əsərlərinin sərgisi keçirilib, haqqında nəfis tərtibatlı "Samir Kaçayev. Heykəltəraşlıq" bədii albom-kitab nəşr edilib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltəraşlıq fakültəsi Samirin heykəlini yaradıb və bu abidə şəhidimizin məzarı üzərinə qoyulub.




Xəbəri paylaş

7478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___