Diasporumuz informasiya savaşına başlayır
Tarix: 04-06-2016 | Saat: 22:31
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Bu gün Dünya Azərbaycanlılarının IV Qurultayının qətnaməsi qəbul edilib.
APA-nın məlumatına görə, qətnamədə bildirilir ki, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının İcraçı Katibliyi Azərbaycanın müvafiq dövlət orqanları ilə məsləhətləşmələr əsasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, nəticələri və nizamlanma prosesi ilə bağlı bütün məlumatların, sənədlərin, elektron informasiya ehtiyatlarının, elmi araşdırmaların, tədqiqatların, nəşrlərin və filmlərin toplandığı, həmçinin belə məhsulları istehsal edən, ayrıca büdcə ilə təmin olunmuş xüsusi mərkəz və ya fondun yaradılmasını təmin etməlidir.
Katibliyə xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin potensialından səmərəli istifadə etmək üçün media və sosial şəbəkələrdə aparılan işin vahid mərkəzdən koordinasiyasını təmin edən koalisiyanın yaradılması üçün lazımi tədbirlər görmək, diaspor təşkilatlarının regional koordinasiya mərkəzlərinin yaradılması istiqamətində tədbirlər həyata keçirmək, xarici ölkələrdə yaşayan, Azərbaycan vətəndaşı olmayan soydaşlarımızın gəlişi və gedişi, müvəqqəti və ya daimi yaşayış hüququ alması, Azərbaycan vətəndaşlığı verilməsi və ya bərpası ilə bağlı hüquqi prosedurların sadələşdirilməsi üçün müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq tapşırılıb.
Xəbəri paylaş
7408 dəfə oxunub.
Digər xəbərlər

21-07-2018, 10:55
Aygün yenə görünüşü ilə təəccübləndirdi - Foto
4-10-2019, 13:43
Gələn ildən pensiyalar artacaq - Nazir
7-03-2022, 11:12
Rusiya bütün gecəni Nikolayevi “SMERÇ”lə atəşə tutub - Video
19-06-2017, 13:19
Putin Türkiyəyə yeni səfir təyin edib
30-09-2019, 13:17
"Gəncə işi" üzrə tutulan 4 nəfər azadlığa buraxıldı
8-12-2021, 11:59
Yeni ildə ardıcıl 5 gün iş olmayacaq
29-06-2015, 18:34
2015 SEVGİ MESAJLARI
29-10-2016, 22:41
Efirdə biabırçılıq: bu suala görə soyundu - video
24-07-2015, 16:04
Oteldə güclü partlayış - yaralılar var
30-01-2017, 14:52
"İnsanlarımızı doğma torpaqlarına qaytaracağıq" - PREZİDENT