Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İnsanlarımızı doğma torpaqlarına qaytaracağıq" - PREZİDENT
Tarix: 30-01-2017 | Saat: 14:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"İnsanlarımızı doğma torpaqlarına qaytaracağıq" - PREZİDENT

"Son illər məcburi köçkünlər üçün 100-ə yaxın qəsəbə tikilib, 5 milyard manatdan çox vəsait ayrılıb. Bu il də yeni binalar tikilməlidir".

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib.

Dövlət başçısı bidirib ki, qəsəbələrdə fərdi evlərin tikintisi də həyata keçirilməlidir: "Çünki o qəsəbələrdə artıq infrastruktur var. Tapşırıq verilib ki, bu il yataqxanalardakı məcburi köçkünlərin köçürülməsinə başlanılsın. Bu il və qarşıdakı illərdə vəsait ayrılacaq ki, yataqxanalardakı məcburi köçkünlərin mənzil şəraiti yaxşılaşdırılsın. Yaxın bir ay ərzində vəsait ayrılacaq".

Dövlət başçısı eyni zamanda qeyd edib ki, artıq Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına da başlanılıb: “Biz vətəndaşlarımızı işğaldan azad edilmiş kəndlərə qaytarırıq. Kənd sakinləri bunu böyük məmnuniyyətlə qarşılayır. Sakinlər böyük səbirsizliklə Cocuq Mərcanlıya qayıtmağı gözləyirlər. Biz qısa müddətdə bu kəndi yenidən quracağıq. Bunun böyük tarixi əhəmiyyəti var. Cocuq Mərcanlı kəndi bir neçə ay işğal altında olub, Heydər Əliyevin rəhbərliyi altında Horadiz əməliyyatında işğaldan azad edilib.

Ancaq ermənilər bu müddət ərzində kəndi tamamilə dağıdıblar. Mən tapşırmışam ki, beynəlxalq təşkilatların nümayəndələrinin o kəndə səfəri üçün müraciət edilsin, görsünlər ki, özlərini mədəni xalq kimi təqdim edənlər hansı vəhşilikləri törədiblər.

Orada foto, video görüntülər çəkilməli, lazımi işlər görülməlidir ki, bu vəhşiliklər sənədləşdirilsin. O kənddə infrastruktur bərpa olunmalı, tibb məntəqəsi, uşaq bağçası tikilməlidir. İlk mərhələdə 50 ev bərpa olunacaq, gələcəkdə 100 və daha çox ev bərpa ediləcək. Kənddə iş yerləri də açılmalıdır. Biz insanlarımızı doğma torpaqlarına qaytaracağıq".


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___