Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gəncə işi" üzrə tutulan 4 nəfər azadlığa buraxıldı
Tarix: 30-09-2019 | Saat: 13:17
Bölmə:Bütün xəbərlər / M / Karusel / Siyasət | çapa göndər

"Gəncə işi" üzrə tutulan 4 nəfərazadlığa buraxıldı
Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Dadaş İmanovun sədrliyi ilə 2018-ci ilin iyun ayında Gəncədə baş vermiş hadisələrlə əlaqədar həbs olunan qrupla bağlı məhkəmə prosesi başa çatıb.
"Xeberaz.az" "Report"a istinadən xəbər verir ki, Sabunçu Rayon Məhkəməsinin binasında baxılan iş üzrə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Bəkrəm Əliyev 15 il, Həbib Qurbanov 8 il, Mirzə Hüseynov 5 il, Asif Cavadov 5 il azadlıqdan məhrum edilib.
Təqsirləndirilənlər - Vüqar Hüseynov, Emil Məmmədov azadlığa buraxılıblar. Bundan başqa, məhkəmənin qərarı ilə Şahin Verdiyevə 2 il, Elmir Hüseynzadəyə isə 3 il sınaq müddəti olmaqla şərti azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə cinayət işi başlanılaraq istintaq aparılıb.
80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.
Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.



Xəbəri paylaş

4788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___