Sərkisyandan qaçan erməni: “Ermənistan ona nifrət edir”
Tarix: 12-05-2016 | Saat: 15:53
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Ermənistan hakimiyyətinin yarıtmaz siyasəti nəticəsində 20 ilə yaxındır ki, vətənimdən didərgin düşmüşəm. Bunun əsas günahkarları Robert Köçəryan və Serj Sərkisyan rejimləri olub.
Bu fikirləri Publika.az-a Strasburqda yaşayan Ermənistandan olan Vardan Miqranyan bildirib.
O, Ermənistandakı acınacaqlı vəziyyətə görə ölkədən qaçdığını söyləyib:
“Hazırda mənim kimi yüzlərlə erməni Strasburqda və Avropanın digər şəhərlərində sığınacaq tapıb. Onların hamısı normal şəraitdə iş tapa bilmirlər. Hazırda Avropada mənim kimi səfil vəziyyətinə düşən ermənilər çoxdur. Bütün bunların günahkarı Ermənistan hakimiyyətidir. Bizə müharibə lazım deyil. Necə ki, biz Sovet imperiyası dövründə Azərbaycan xalqı ilə mehriban şəraitdə yaşayırdıqsa, bundan sonra da bu cür yaşaya bilərdik. Müharibəni hakimiyyətdə olan şəxslər istədi və buna nail oldu”.
Vardan Miqranyan ötən əsrin sonlarında Bakıda olduğu günləri də xatırladıb: “Bakı mənim üçün əziz şəhərdir. Cavan vaxtımda Bakıda çox olmuşam, bu şəhəri çox sevirəm. Deyilənə görə, indi Bakı çox dəyişib. Çox istərdim ki, Bakıda yenə də olum”.
Erməni səfil Serj Sərkisyana da müraciət edib: “Ermənistan rəhbərliyində olan şəxslərə müraciət edib deyirəm ki, daha bəsdir ki, günahsız insanları müharibənin qurbanı etdiniz. Son qoyun bu müharibəyə, hakimiyyətdə daim deyilsiniz, gec-tez əməllərinizə görə cavab verəcəksiniz. Unutmayın ki, Ermənistan əhalisi sizə nifrət edir”.
Qeyd edək ki, Vardan Miqranyan müsahibə verməyə razı olsa da, əlindəki spirtli içkinin ictimailəşdirilməməsini istəyib.
Xəbəri paylaş
7038 dəfə oxunub.
Digər xəbərlər

10-03-2017, 19:46
Ərdogan Putindən PYD-nin Moskva ofisinin bağlanmasını istədi
6-05-2016, 12:45
Səfirlər cəbhə bölgəsinə yollandı - Foto
24-06-2015, 18:26
“Eksponatları ilkin növbədə böyüklərdən qoruyuruq”.
24-09-2016, 10:25
Elmar Məmmədyarov BMT-də çıxış edib
14-10-2015, 19:43
Azərbaycanlının erməni sevgilisini öldürməsi kameralarda - Video
29-04-2016, 19:11
Ərdoğandan xüsusi Qarabağ - Təlimatı
23-03-2016, 16:16
Maqsud İbrahimbəyov dəfn edilib - FOTO
27-07-2015, 19:47
Bu marketlər müştəriləri aldadır - SİYAHI
17-01-2017, 12:14
Ağız qoxusu bu xəstəliklərin əlamətidir
5-08-2016, 10:09
Fotomodel Türkiyədə dincəlir – FOTO