Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Eksponatları ilkin növbədə böyüklərdən qoruyuruq”.
Tarix: 24-06-2015 | Saat: 18:26
Bölmə:Karusel / İqtisadiyyat / M2 / Fotogalereya | çapa göndər

“Eksponatları ilkin növbədə böyüklərdən qoruyuruq”.


Dünyada ilk dəfə paytaxtımızda keçirilən Avropa Oyunlarına həsr edilən Bakı muzeylərinin birində yerləşən ən böyük şokoladlı təsvir şirniyyat sevərlərin marağına səbəb olub, bütün qadağalara baxmayaraq bu insanların yarısı “oyunlar”ın dadına baxmaq istəyir.

Xeberaz.az xəbər verir ki, bu barədə TASS-a şokolad sərgisinin təşkilatçısı Andrey Leyn bildirib.

“Nikolay şokoladının sərgisi” Bakıda Avropa Oyunlarının açılışından yarım ay öncə açılıb. Sərgiyə artıq 15 min adam gəlib. Sərginin bəzəyi 215 kq çəkisi olan şokoladlı təsvirdir. Bu, dünyada ən böyük şokolad təsviridir və onun müəllifləri Ginnesin rekordlar kitabına müvafiq ərizə ilə müraciət ediblər.

Onun üzərində Azərbaycanın, Bakının, Birinci Avropa Oyunlarının rəmzləri əks edilib. Təsvir təbii ölçüdə olan 25 nardan düzəldilib. Dünyanın ən böyük şokoladının yanında hər zaman çoxlu tamaşaçı olur, onların yarısı Bakı “oyunlar”ının dadına baxmaq istəklərini dəf edə bilməyirlər.

“Əgər siz düşünürsüzsə ki, zalda nəzarətçilərin əsas problemi sözə baxmayan uşaqlardır, o zaman səhv edirsiniz, - TASS-ın həmsöhbəti bildirir. - Əslində eksponatları uşaqlardan daha çox böyüklərdən qorumaq lazımdır. Nəzarətçi şagirdlərə xəbərdarlıq edir, onlar intizamlı davranırlar. Amma xəbərdarlıq böyüklərə ediləndə onlar dinləmirlər. Ona görə də eksponatları ilk növbədə böyüklərdən qoruyuruq.

Bizdə eksponatları dişləyiblər də, yalayıblar da, hətta hissələrini də qoparıblar. Bizim eksponatların praktiki olaraq hamısı şüşə arxasında saxlanılır. Həmin təsvir kimi böyük eksponatlar isə lent ilə haşiyələnib.

Amma bəzən insanların ora keçdikləri və bir tikə qoparmağa çalışdıqları da olub. Biz onu hələ ki salamat saxlaya bilmişik. Onun üzərində dişlək izi yoxdur”.

İlkin olaraq sərginin öz işini Avropa Oyunlarının sonunda başa çatdıracağı ehtimal edilirdi.

“Amma indi onun fəaliyyətini yayın sonuna qədər uzatmağı qərara almışıq ki, daha çox Bakı sakini və qonaqları şokolad sənətinin əsərləri ilə tanış ola bilsinlər”, - Leyn sözünü yekunlaşdırıb.

Avropa Oyunları iyun ayının 28-də başa çatır.



3428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___