Erməni mərmiləri məktəbi bu günə qoydu - FOTOLAR
Tarix: 04-04-2016 | Saat: 12:58
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Azərbaycanın cəbhə boyu mövqeləri və yaşayış məntəqələri Ermənistan tərəfindən intensiv atəşə məruz qaldığı üçün təhsil müəssisələrinə ciddi ziyan dəyib.
"Xəbəraz.az " xəbər verir ki, Təhsil Nazirliyinin saytından verilən məlumata görə, erməni silahlı qüvvələrinin Tərtər rayonunun cəbhə xəttində yerləşən Seydimli kəndini artilleriya atəşinə tutması və mərmilərdən birinin kənd sakini Sahib Vəliyevin həyətyanı sahəsinə düşməsi nəticəsində evin sahibi və onun 13 yaşlı nəvəsi, Seydimli kənd tam orta məktəbinin VII a sinif şagirdi Sənan Vəlizadə yaralanıb. Qolundan qəlpə yarası alan S.Vəlizadə hazırda Bərdə Müalicə-Diaqnostika Mərkəzində müalicə alır. İntensiv atəş xəttində yerləşən sərhədyanı bölgələrin ümumtəhsil müəssisələrində tədris mühiti pozulub.
Aprelin 2-də Ermənistan tərəfindən Ağdam rayonunun cəbhəboyu kəndlərinin ağır artilleriya atəşinə tutulması nəticəsində rayonun Ə.Quliyev adına I Sarıcalı kənd tam orta məktəbinə mərmi düşüb. Nəticədə məktəbdə tələfat olmasa da, təhsil müəssisəsinin binasına ciddi zərər dəyib, məktəb binasının bir korpusunun dam örtüyü, iki sinif otağı, müəllimlər otağı və dəhlizi tamamilə dağılıb. Eləcə də məktəbin digər sinif otaqlarının divarlarında çatlar yaranıb və otaqların pəncərə şüşələri sınıb. Həmin gün rayonun Ayaq Qərvənd kənd tam orta məktəbinin yerləşdiyi əraziyə düşən mərmilər nəticəsində məktəb binasına zərər dəyib, divarlar zədələnib.
Xəbəri paylaş
5738 dəfə oxunub.
Digər xəbərlər

29-06-2017, 00:05
Hind aktyor Bakıda izdiham yaratdı - Fotolar
26-10-2016, 16:28
Dünya müharibəsində ölən 206 həmyerlimizin məzarı tapılıb
26-05-2018, 18:45
Təhsil haqqını kazinoda uduzdu və ... - Gürcüstanda ölən tələbənin intiharının TƏFƏRRÜATI
14-11-2016, 15:59
Tək uşaq necə tərbiyə edilməlidir? – Psixoloq
17-06-2016, 16:00
İraq Fəllucəni İŞİD-dən aldı
5-10-2016, 09:56
Azərbaycanda Müəllimlər Günü qeyd olunur
2-11-2021, 11:23
Bakıda dəhşətli qəza: Ölən və xəsarət alanlar var
1-05-2015, 14:19
Müğənni Röya həmkarı Zamiq Hüseynovla istirahətə yollanıb.