Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tək uşaq necə tərbiyə edilməlidir? – Psixoloq
Tarix: 14-11-2016 | Saat: 15:59
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Tək uşaq necə tərbiyə edilməlidir? – Psixoloq

Ailənin tək uşağı olmağın həm üstün, həm də mənfi cəhətləri var. Tək uşaq bacı-qardaşlar arasında olan yarış və qarşıdurma vəziyyətlərini yaşamadığına görə akademik olaraq daha uğurlu ola bilər. Ancaq tək uşaq yetkinlikdən əvvəlki dövrdə bəzi mövzularda ailədə bacı-qardaş əskikliyinin hiss edir. Tək uşaq bacı-qardaşı olan uşaqlarla müqayisədə o qədər də fərqli deyil. Əslində, uşağın tək və ya bacı-qardaşlı olması yox, onun normal tərbiyə olunması əhəmiyyətlidir.

Bu sözləri psixoloq Aytən Ələkbərova deyib. O bildirib ki, ata-ana ilə övlad arasındakı münasibətlər, uşağın onları necə qəbul etməsi, sözə qulaq asması və ya asmaması, valideynin səbirli olub-olmaması uşağın psixi sağlamlığı baxımından daha əhəmiyyətli yer tutur. Ailənin tək övladı ilə tək uşaq olaraq deyil, sadəcə, uşaq olaraq davranmaq lazımdır:

“Yaddan çıxarmaq olmaz ki, uşaq tək olduğu üçün qorunduğunu hiss edə bilər. İstədiyinin anındaca yerinə yetirilməsi uşağın formalaşmasına mənfi təsir göstərir. Uşağın istəklərinin onun yaşına və valideynlərinin düşüncələrinə uyğun olmasına çalısmaq lazımdır. Bağçaya göndərmək imkanı olmayanda uşaqlı ailələrlə görüşüb, onun yaşıdlarının əhatəsində olmasına, müxtəlif oyunlarda iştirak etməsinə, aralarında dostluq münasibətləri yaranmasına şərait yaradılması uşağın tərbiyə və formalaşmasında müsbət rol oynayır”.

Psixoloqun sözlərinə görə, uşağın imkanlarından artıq şey gözləmək düzgün deyil. Həmişə mükəmməl olmağa çalışmaq uşağı yorar və onda uğursuzluq qorxusu yaradar:

“Uşağa danışmaq, öz sözünü demək hüququ vermək olar, həmçinin son qərarı onun verəcəyi haqqında düşüncə yaratmaq lazımdır. Valideyn alternativlər də təklif etməli, uşağın onlardan birini seçməsinə imkan yaratmalıdır. Geyinib-soyunma, qidalanma və təmizlik işlərində uşağa sərbəstlik vermək lazımdır. Evdə məsuliyyətli olmasına və valideyndən asılı olmadan öz ehtiyaclarını ödəməsinə çalışmaq vacibdir”.axar.az



6568 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___