Babasını öldürüb qaçan nəvə tutuldu
Tarix: 29-02-2016 | Saat: 12:49
Bölmə:Karusel / Hadisə / M2 | çapa göndər
Polis əməliyyat keçirib.
Bakıda babasını qətlə yetirən nəvə tutulub.
"Xəbəraz.az " xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, fevralın 14-də Sabunçu rayonu ərazisində, Albalılıq bağ sahəsində 76 yaşlı Həmid Məmmədrəsul oğlunun qətlə yetirilməsi ilə bağlı aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun nəvəsi, 23 yaşlı Hüseynov Hacıağa İldırım oğlu tutulub.
H.Hüseynov hadisənin baş verdiyi gündən 12 gün sonra tutularaq istintaqa təhvil verilib.
İlkin araşdırma zamanı məlum olub ki, H.Hüseynov babasının qətlini tamah məqsədi ilə təşkil edib. Məlum olub ki, o, cinayəti qonşusu ilə birgə təşkil edib və 76 yaşlı H.Məmmədrəsul oğlunu bağ evinin həyətində başından vuraraq öldürəndən sonra onun 2 min manatını ələ keçirərək bölüşdürüb.
Bildirilir ki, H.Məmmədrəsul oğlu şəhərdə yaşayırmış və arabir bağ evinə gedirmiş. Məlum qətl də həmin vaxta planlaşdırılıb. Əvvəllər neftçi işləyən və daha sonra təqaüdə çıxan H.Məmmədrəsul oğlunun şəxsiyyət vəsiqəsində onun soyadı göstərilməyib, əvəzinə isə "XXX" qeyd edilib.
Qeyd edək ki, məlum hadisə ilə bağlı daha əvvəl Bakı şəhər sakinləri Hüseyn Abdulzadə və Elman Qasımov tutulmuşdu.
Xəbəri paylaş
6838 dəfə oxunub.
Digər xəbərlər

20-04-2016, 10:59
R) AGBank “Sabit məzənnə” vəd edir
4-01-2016, 14:01
Meyiti tapılan neftçilərin adları bilindi
1-08-2017, 16:39
Türkiyədə fahişəlik edən azərbaycanlı qadınlar SAXLANILDILAR
31-01-2019, 16:37
17 yaşlı gəlin bakirə çıxmadı və... - Azərbaycanda toy günü TÜKLƏRİ BİZ-BİZ EDƏN HADİSƏ
20-09-2016, 14:29
Azərbaycanda həkimlərə QADAĞA
25-06-2019, 11:53
İsrafil Məmmədov vəfat etdi
9-05-2018, 11:46
Türkiyəli müğənni ARB TV-nin efirində aparıcılıq etdi – VİDEO + FOTO
21-09-2015, 15:00
“Qarabağ”a yeni prezident gətirildi