Rusiyadan Türkiyəyə daha bir təxribat - FOTO/VIDEO
Tarix: 07-12-2015 | Saat: 01:40
Bölmə:Karusel / Dünya / M2 / Xəbəraz TV | çapa göndər
Türkiyənin İstanbul boğazından keçən Rusiya gəmisində olan əsgər təxribat xarakterli hərəkətə yol verib.
ANS-in verdiyi məlumata görə, gəmi boğazdan keçərkən bir Rusiya əsgəri çiynində raketlə görünüb.
Raketin istiqaməti dənizin sahilinə tərəf olub. Hadisə baş verdiyi vaxt ərazidə olan gəmi gözətçiləri “Yörük İşık” və “Alpər Boler” çiynində raket olan əsgərin şəklini çəkiblər.
“Kunikov” adlı gəmi Rusiyanın Qara dəniz donanmasına aid olub. Hadisə dekabrın 4-də baş versə də, şəkillər bu gün sosial şəbəkələrdə paylaşılıb.
Gəminin hansı istiqamətdə üzdüyü barədə məlumat verilməyib. Boğazdakı sərnişinlər bildiriblər ki, Rusiya əsgərləri sərnişin gəmisini görən kimi raketi yuxarı qaldırıblar.
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Rusiya ilə qırıcı qalmaqalının davam etdiyi bir vaxtda əsgərlərin bu addımı təxribatdır:
“İstər Rusiya, istərsə də digər dövlətlərin gəmilərinin boğazlardan necə keçəcəyi barədə qanunlar məlumdur. Heç bir dövlətin boğazlardan keçməsi təhlükə yaratmır. Bütün gəmilər müqavilə əsasında boğazlarda hərəkət edə bilər. Amma Rusiya əsgərlərinin bu hərəkətləri təxribatdır”.
Xəbəri paylaş
6418 dəfə oxunub.
Digər xəbərlər

15-11-2015, 14:21
Müdafiə Nazirliyi bəzi sahibkarların iddialarına fotolarla cavab verdi
28-11-2022, 16:53
TƏCİLİ! Azərbaycanda nazir həbs edildi – FOTO
12-03-2016, 10:31
Azərbaycanda Daxili Qoşunlar Günüdür
22-04-2022, 11:33
Azərbaycanda güclü, dağıdıcı zəlzələ gözlənilir? - AÇIQLAMA
6-08-2020, 11:30
Baş Prokurorluq Fuad Qəhrəmanlı ilə bağlı məlumat yaydı
8-12-2021, 12:07
İcarəyə götürdüyü “Gelandewagen”lə 65 yaşlı qocanı vurdu
9-05-2016, 00:12
“Qarabağı ermənilərdən azad edəcəyik”
3-02-2022, 11:12
Azərbaycanda fevralın 15-dən məktəblər bağlanacaq? - RƏSMİ AÇIQLAMA
3-04-2016, 19:14
Tərtərdə son durum
11-04-2016, 12:29
Neft Fondu bu gün 21 banka 80 milyon dollar satdı