Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Müdafiə Nazirliyi bəzi sahibkarların iddialarına fotolarla cavab verdi
Tarix: 15-11-2015 | Saat: 14:21
Bölmə:Karusel / İqtisadiyyat / Foto-fakt | çapa göndər

Müdafiə Nazirliyi bəzi sahibkarların iddialarına fotolarla cavab verdi
Müdafiə Nazirliyi mətbuatda nazirliyin satınalmalarla bağlı fəaliyyətini əks etdirən iddialara cavab verib.
Xəbəraz.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, nazirlik şəxsi heyətin gündəlik qida normasını təşkil edən və alınan ərzaq məhsullarının keyfiyyətinə nəzarətin gücləndirildiyini bəyan edib: "Bunun nəticəsidir ki, heyət tərəfindən qidanın keyfiyyəti ilə əlaqədar daxil olan şikayətlər kəskin dərəcədə azalıb, valideyinlər isə bununla bağlı rəhbərliyə dəfələrlə öz minnətdarlıqlarını bildiriblər. Təəssüflər olsun ki, son vaxtlar dəfələrlə Silahlı Qüvvələr haqqında yoxlanılmamış, qeyri-dəqiq, şayiə və dedi-qodu səviyyəsində, ən əsası isə məqsədli və qərəzli yazılar dərc edən mətbu orqanlar növbəti dəfə bir qrup sahibkarın əsassız iddialarını ictimailəşdirib.
Dərhal qeyd edək ki, yazıda əks olunan iddiaların heç biri həqiqəti əks etdirmir və məsələnin mahiyyəti kobud surətdə təhrif olunur.
Belə ki, müvafiq qaydalara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən rəsmi ölkə mətbuatında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalar ilə bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirilir. Satınalmaların şərtlərinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir.
Qaydalara uyğun olaraq sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müvafiq müqavilələr bağlanılır.
Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir.
Satınalmalarda qalib gəlməyənlərə qanuni şəkildə bütün proseslər izah edilməsinə və müvafiq orqanlar tərəfindən cavab verilməsinə baxmayaraq, bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, müxtəlif üsullarla, o cümlədən “sarı”, mətbuatı cəlb etməklə qeyri-obyektiv yazılar dərc etdirərək şantaj və hədə-qorxu ilə nəyəsə nail olmağa çalışırlar.
Unutmayaq ki, Silahlı Qüvvələrin işgüzar nüfuzuna xələl gətirən, dəqiqləşdirilməmiş, həqiqəti əks etdirməyən, ictimaiyyəti çaşdırmaq məqsədi güdən yazılar qısa müddətdə Ermənistan kütləvi informasiya vasitələrində də dərc olunaraq yayılır.
Müdafiə Nazirliyi növbəti dəfə bu kimi yolu tutan kütləvi informasiya vasitələrinə müraciət edərək təxribat yarada biləcək, Müdafiə Nazirliyinin fəaliyyətinə kölgə salmaq məqsədi daşıyan və düşmən ölkənin maraqlarına xidmət edən qeyri-dəqiq, həqiqəti əks etdirməyən yazıların dərc edilməməsini tövsiyə edir".
Nazirlik yoxlamanının nəticələrinə uyğun olaraq satınalmanın şərtlərinə cavab verməyən müəssisələrdə çəkilən fotoların bir qismini təqdim edib.

4158 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___