Neft ilə bağlı bədbin proqnoz - vəziyyət 2 il düzəlməyəcək
Tarix: 28-10-2015 | Saat: 20:09
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Bazarda təklifin çoxluğu ilə əlaqədar neftin qiymətinin təxminən bir ildir davam edən ucuzlaşması prosesi daha iki il davam edə bilər.
“CNBC” kanalına fikirlərini bölüşən analitiklər neftin qiymətinin ucuzlaşması prosesinin 2017-ci ilədək, neft bazarındakı təklif artımının isə həmin müddətdə davam edəcəyini bildiriblər.
Tanınmış maliyyə şirkətlərindən olan “Capital Economics”in iqtisadçısı Tomas Puq 2015-ci ilin sonlarında “Brent” markalı neftin bir barelinin daha da ucuzlaşacağını deyib. Buna səbəb kimi isə təklifin çoxluğunu göstərib: “Bazarda bu il də təklif çoxdur. Təklif ilə tələbatın 2017-ci ildə bərabər olacağı proqnozlaşdırılır”.
Qeyd edək ki, neftin qiyməti bu il daha çox dəyişkən olub. Ötən on ildə bir barelinin qiyməti 90-100 dollar olan “Brent” bu il 45 dollaradək geriləyib.
Mənbə: AZƏRTAC
Xəbəri paylaş
5808 dəfə oxunub.
Digər xəbərlər

7-06-2017, 15:05
Azərbaycanlını diri-diri basdıran avtoritet kimdir? - Təfərrüat
20-09-2015, 00:30
20 Sentyabr – Astroloji proqnoz
12-01-2016, 19:13
Spirtli içkilərin plastik kartlarla satışı dayandırıldı
1-05-2018, 10:55
Bakıda körpələr evinə gətirilən ərzaqlar hara aparılır?
21-03-2017, 20:22
Qadın zəhər içdi - Ağdamda
24-06-2015, 15:29
Kardaşyan Sarkisyana qarşı - "Ermənistan təhlükədədir"
28-04-2018, 20:32
İsti havada ürəyi qorumaq üçün BUNLARI YEYİN
14-10-2016, 14:41
Masaj salonunda BƏDBƏXT hadisə