Ana Sayfa > Karusel / İqtisadiyyat / M2 > Neft ilə bağlı bədbin proqnoz - vəziyyət 2 il düzəlməyəcək
Neft ilə bağlı bədbin proqnoz - vəziyyət 2 il düzəlməyəcək28-10-2015, 20:09. Yazar: Murad |
Bazarda təklifin çoxluğu ilə əlaqədar neftin qiymətinin təxminən bir ildir davam edən ucuzlaşması prosesi daha iki il davam edə bilər. “CNBC” kanalına fikirlərini bölüşən analitiklər neftin qiymətinin ucuzlaşması prosesinin 2017-ci ilədək, neft bazarındakı təklif artımının isə həmin müddətdə davam edəcəyini bildiriblər. Tanınmış maliyyə şirkətlərindən olan “Capital Economics”in iqtisadçısı Tomas Puq 2015-ci ilin sonlarında “Brent” markalı neftin bir barelinin daha da ucuzlaşacağını deyib. Buna səbəb kimi isə təklifin çoxluğunu göstərib: “Bazarda bu il də təklif çoxdur. Təklif ilə tələbatın 2017-ci ildə bərabər olacağı proqnozlaşdırılır”. Qeyd edək ki, neftin qiyməti bu il daha çox dəyişkən olub. Ötən on ildə bir barelinin qiyməti 90-100 dollar olan “Brent” bu il 45 dollaradək geriləyib. Mənbə: AZƏRTAC Geri dön |