Ukrayna Rusiyadan Krımla Donbasa görə 1 trilyon istəyir
Tarix: 15-10-2015 | Saat: 19:43
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Ukraynanın baş naziri Arseniy Yatsenyuk Krımın ilhaqı və Donbasın dağıdılmasına görə ölkəsinin Rusiyadan azı 1 trilyon qrivna (təxminən 50 milyard dollar) tələb etmək niyyətində olduğunu bildirib
Ukrayna baş nazirinin sözlərinə görə, Kiyev hazırda Rusiya ilə hüquqi savaşa hazırlaşır.
Kompensasiya ilə yanaşı məhkəmə araşdırması gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu restrukturizasiya etmək istəməməsi salına bilər.
Yatsenyuk Rusiyanı borcun restrukturizasiya olunması ilə bağlı mövqeyini oktyabrın 29-dək bildirməyə çağırıb. Onun sözlərinə görə, Kiyev Moskvaya borcun restrukturizasiyasını və qismən silinməsini təklif edir.
Rusiya rəsmiləri bundan əvvəl borcu restrukturizasiya etməkdən imtina etdiklərini bildirərək Ukraynanın borcunu tam həcmdə ödəməli olacağını diqqətə çatdırmışdılar.
Prezident Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın mövqeyində dəyişikliyin baş vermədiyini təsdiqləyib.
Peskovun kompensasiya tələbinə cavabı isə belə olub: “Krım - Rusiya ərazisidir, Donbas - Ukrayna ərazisi. Trilyon haradan çıxdı?” (virtual.org)
Xəbəri paylaş
6128 dəfə oxunub.
Digər xəbərlər

5-10-2015, 13:37
Rusiya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
22-10-2015, 14:15
MTN əməliyyatına Bəylər Əyyubov rəhbərlik edib
24-09-2020, 08:54
İrandan İrəvana 7 müəmmalı reys: nə daşınır? – Sensasiya
16-06-2017, 11:35
Xurma kokteyli. Həm ləzzətli, həm də faydalı
25-03-2017, 21:41
Sərksiyan Qarabağdan İrəvana mesaj verdi - Foto
24-04-2017, 15:48
Saxta pul əskinaslarının satışı ilə məşğul olanlar tutulub
30-04-2016, 14:04
May ayında əfv sərəncamı gözlənilmir
4-06-2020, 23:00
Bakıda tələbə qız intihar etdi - FOTO
11-07-2015, 20:16
"Lenin"i döyən azərbaycanlı danışdı (FOTO)