Saxta pul əskinaslarının satışı ilə məşğul olanlar tutulub
Tarix: 24-04-2017 | Saat: 15:48
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Daxili işlər orqanları ölkənin maliyyə sisteminə ciddi təhlükə yaradan saxta pulların hazırlanması və dövriyyəyə buraxılmasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Bakı şəhər sakini əvvəllər məhkum olunmuş İbrahim Qurbanovun tanışı Biləsuvar rayon sakini Ülvi Vahabzadə ilə birlikdə saxta pul əskinaslarının satışı ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olub.
Keçirilən xüsusi əməliyyat nəticəsində hər iki şəxs 6500 saxta manatı 2000 manata satmaq istəyən zaman cinayət başında yaxalanıblar.
Saxlanılan şəxslərin qaldıqları mənzildən saxta pul əskinaslarını hazırlamaq üçün istifadə olunan xüsusi avadanlıqlar və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunaraq götürülüb.
İlkin ifadələri zamanı hər iki şəxs hazırladıqları saxta pulların həqiqi əskinaslardan seçilməməsi üçün lisenziyalaşdırılmamış xüsusi haker proqramlarından da istifadə etdiklərini bildiriblər. Həmin proqramlar vasitəsilə İ.Qurbanov və Ü.Vahabzadə saxta pulların üzərinə həqiqi manatlarda olan müdafiə nişanları və eskizlərini köçürüblər.
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6598 dəfə oxunub.
Digər xəbərlər

12-01-2018, 11:58
Allah, Rəbb, Tanrı sözləri böyük hərflə yazılmalıdır- Yeni lüğət
3-10-2017, 15:52
Ramiz Məlik Məleykə Əsədovadan üzr istədi
19-08-2015, 21:23
Ərdoğan vəzifəsindən uzaqlaşdırıla bilər
27-10-2021, 16:08
1 manatlıq dönər nə ətindəndir? - “Kilosu 3 manata da ət satılır...”
30-03-2015, 17:34
Futbolda görülməmiş olay 15 qırmızı kart
8-07-2017, 11:09
Beren Saat anoreksiyadır? - ŞOK İDDİA
28-02-2020, 11:49
Azərbaycanda silahlı insident: Qonşusunu güllələdi
28-04-2016, 15:33
Əli Həsənov: “Təəssüf ki, beynəlxalq təşkilatlar…”
15-02-2016, 12:16
Azərbaycanda baharın gəlmə vaxtı açıqlandı