Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
Tarix: 05-10-2015 | Saat: 13:37
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Rusiya səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
“Hadisə təkrarlanmamalıdır”.

Türkiyə XİN Rusiya səfirini ölkənin hava məkanının pozulmasına dair etirazını bildirmək üçün çağırıb.

Məlumatda Türkiyə hakimiyyətinin Rusiyanı bu qəbildən olan hadisələrin bir daha təkrarlanmamasına çağırdığı da bildirilib.

Türkiyə nazirliyindən bildiriblər ki, Rusiya hərbi təyyarəsi şənbə günü oktyabr ayının 3-də Suriya sərhəddi yaxınlığında Türkiyənin hava məkanını pozub. Türkiyənin Hava silahlı qüvvələrinin iki F-16 qırıcısı havaya qaldırılıb.

Daha öncə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Suriyadakı əməliyyatlarını ciddi səhv adlandırmışdı. Onun sözlərinə görə, Suriyada Rusiya tərəfindən atılan addımlar və bombardman kampaniyaları yolverilməzdir.


Xəbəri paylaş

5708 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___