ABŞ-da müəlliməni şagirdləri ilə cinsi əlaqəyə görə mühakimə etdilər
Tarix: 10-10-2015 | Saat: 12:44
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər
Müəllimə həmçinin seksual zorakılıqda da təqsirkar bilinib.
ABŞ-da məktəb müəlliməsini şagirdləri ilə seksə görə on il müddətinə azadlıqdan məhrum ediblər.
Məhkəmə müəyyən edib ki, Texas ştatının Frankston şəhərində işləyən 25 yaşlı Reyçel Bauer öz şagirdlərinə intim şəkillərini göndərirmiş. Bundan başqa hökmə müvafiq olaraq Bauer şagirdlərdən biri ilə cinsi əlaqəyə də girib.
Müəllimə həmçinin seksual zorakılıqda da təqsirkar bilinib və şərti olaraq on il müddətinə azadlıqdan məhrum edilib, cəzanın bu hissəsini Bauer həbsxanadan çıxdıqdan sonra çəkəcək. Bauerin özü günahını etiraf edib, 14,16 və 17 yaşlı üç şagirdi ilə cinsi əlaqəyə girdiyini bildirib.
İyulun əvvəlində digər amerikalı müəlliməyə qarşı çıxarılan hökm rezonans doğurmuşdu. 30 yaşlı Cenifer Fixter şagirdləri ilə seksə görə 22 il həbs cəzası almışdı.
Fixter şagirdlərin birinin anasının oğlunun telefonunda müəllimənin sevgi məktubunu gördükdən sonra həbs edilmişdi.
Bu, azyaşlıların seksə sövq edilməsində müəllimlərin ittiham edilməsi ilk dəfə deyildi. Belə ki, 2005-ci ildə Floridadan Debra Lafav 14 yaşlı oğlanı yoldan çıxardığına görə, ona cəza olaraq üç il ev həbsi və yeddi il sınaq müddəti verilib.Oxu.Az
Xəbəri paylaş
7168 dəfə oxunub.
Digər xəbərlər

23-10-2017, 16:30
Məhbuslar qaçıb, yoxsa qaçırılıb?
20-09-2023, 17:41
Görüş yeri üçün niyə Yevlax seçildi?
19-09-2015, 19:45
Türkiyədə fövqəladə vəziyyət elan edildi
10-11-2017, 11:06
Bakıda ağır yol qəzası - 2 polis öldü, 1-i yaralandı
2-07-2016, 12:50
Terrorçunun şəklini çəkib polisə göndərən şəxs danışdı
14-06-2016, 17:34
Rusiya istənilən an hücum edə bilər
17-07-2015, 20:52
Gürcüstan sərhədini gücləndirir
4-03-2017, 16:33
Azərbaycanda 13 nəfərin şəxsi təyyarəsi var
26-06-2015, 13:07
Kişilər qadınlarda ən çox nəyə baxır?
12-10-2022, 11:01
Məktəblinin öldüyü qəzada sürücü hərbi hissə komandiri imiş