Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Terrorçunun şəklini çəkib polisə göndərən şəxs danışdı
Tarix: 02-07-2016 | Saat: 12:50
Bölmə:Karusel / Dünya / M2 | çapa göndər

Terrorçunun şəklini çəkib polisə göndərən şəxs danışdı
İstanbulun Atatürk Hava Limanında baş verən terror hücumunda yaralanan polis əməkdaşı Doğan Qurdoğlu hadisənin təfərrüatı barədə danışıb.

"Xəbəraz.az " xəbər verir ki, terrorçudan şübhələnərək fotoşəklini çəkən polis əvvəlcə onun oğru olduğunu zənn edib:

“Bir turistin çantasını, pasportunu oğurlayacağını düşündüm. Dərhal fotoşəklini çəkib təhlükəsizliyə cavabdeh şəxslərə ötürdüm. 20 ildir ki, Atatürk Hava Limanında çalışıram. Hadisə axşamı hava almaq üçün çölə çıxdım. Gəzərkən gödəkçə geyinmiş şapkalı bir adam önümdən keçdi. Çox isti havada bu cür geyim diqqətimi çəkdi. İki dəqiqədən sonra iki məmur gəldi. Avtoparkın yanında həmin şəxsi görərək yanında dayandılar. Şübhəli liftə mindi. Məmur da liftə minərək təqibə başladı. Bir mərtəbə qalxdıqdan sonra yanlış yerə gəldiyini anlayaraq təkrarən liftə minib, bir mərtəbə də yuxarı çıxdı. Sonra silah səsləri gəldi. Az sonra terrorçu bir də yanımdan keçdi. A qapısına - çıxışa doğru gedərkən orada bir partlayış baş verdi. Ayağımdan yaralanmışdım. Əks istiqamətdə qaçmağa başladım. “Bomba var, atəş açırlar”, - deyə qışqıraraq metro qatına enərək orada bir yerə sığındım”.

Qeyd edək ki, iyunun 28-də Atatürk aeroportunda üç terrorçu kamikadzenin törətdiyi partlayış nəticəsində 44 nəfər həalk olub, 237 nəfər yaralıb.

Türkiyə hökuməti Atatürk aeroportuna hücumun arxasında İŞİD-in dayandığını bildirib. Artıq terror hadisəsi ilə əlaqəsi olan 17 nəfər saxlanılıb.


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
23-03-2015, 20:48 İntihar etmək istədi

bütün xəbərlər
____ Instagram ___