Fevralın 14-nə gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Günün birinci yarısında çiskinli olacağı ehtimalı var. Səhər saatlarında zəif duman olacaq. Cənub küləyi əsəcək.
Havanın temperature Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 70-80 faiz olacaq.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti təşkil edəcək.
Nazirlik xəbərdarlıq edir ki, fevralın 14-ü axşamdan 16-sı gündüzədək Azərbaycanın rayonlarında havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Sevgililər günündə hava necə olacaq?
Tarix: 13-02-2019 | Saat: 14:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3998 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-02-2019 | Saat: 14:01
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
22-07-2023, 11:26
Azərbaycanda Milli Mətbuat Günüdür
24-06-2015, 11:19
Oğuzda ailə faciəsi:
23-04-2022, 11:52
"Ressan MMC"nin rəhbəri sakinləri "soyur" - NARAZILIQ VAR!
16-11-2016, 09:23
Gülay Zeynallı özbək mahnısına yeni nəfəs verdi: “Oyna-oyna” – AUDİO
24-06-2016, 17:50
“Əvvəlki həyəcanı yaşamıram” – Evliliyin bitdiyini göstərən ƏLAMƏTLƏR
14-04-2015, 02:02
"Şirin zəhər"in tarixi
30-06-2022, 13:22
Azərbaycanda müğənninin səsləndirdiyi ifadələrə görə telekanala xəbərdarlıq edildi - RƏSMİ
1-08-2015, 15:11
Zakir Həsənov Sergey Şoyqu görüşüb
20-05-2017, 23:09
İmişlidə ağır qəza - Sürücü öldü, iki uşaq yaralandı